Icma.az
close
up
RU
Türkiyə Rusiya və İran qazından imtina edir? Daxili istehsal və ABŞ qazına üstünlük veriləcək

Türkiyə Rusiya və İran qazından imtina edir? Daxili istehsal və ABŞ qazına üstünlük veriləcək

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Rusiya və İran boru kəməri qazını yerli istehsal və ABŞ-nin mayeləşdirilmiş təbii qazı (LNG) ilə əvəz etməyi düşünür.

“AzPolitika” xəbər verir ki, “Reuters”-in verdiyi məlumata görə, Türkiyənin bu strategiyası Tehranın Avropadakı son böyük ixrac bazar olan Türkiyədəki mövqeyini sarsıda bilər.

Qeyd olunur ki, Ankara 2028-ci ilə qədər qaza olan tələbatının yarıdan çoxunu LNG istehsalı və idxalının genişləndirilməsi hesabına ödəyə, bununla da İran və Rusiyadan boru kəməri tədarükü ehtiyacını kəskin azalda bilər.

“Reuters”-in təhlilində deyildiyi kimi, ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqi Türkiyəni hər iki ölkə ilə enerji əlaqələrini kəsməyə çağırıb ki, bu da Vaşinqtonun Moskva və Tehranı qlobal enerji bazarlarından təcrid etmək istəyinə uyğundur.

İran hazırda Türkiyəyə 2026-cı ilin ortalarında başa çatacaq müqaviləyə əsasən ildə təxminən 10 milyard kubmetr qaz tədarük edir. Təhlillər göstərir ki, Ankara daha çox çeviklik və diversifikasiyaya can atdığından, çətin ki, müqaviləni eyni şərtlərlə yeniləsin. Bu addım Türkiyənin Energetika Nazirliyinin yerli qaz hasilatını artırması və ABŞ və Əlcəzairdən çoxmilyardlıq LNG idxalı müqavilələri imzalaması ilə bağlıdır.

“Reuters”-in hesablamalarına görə, Türkiyənin yerli istehsalı və müqavilə əsasında LNG idxalı 2018-ci ildəki 15 milyard kubmetrdən 2028-ci ilə qədər ildə 26 milyard kubmetrə çatacaq. Qeyd olunur ki, artıq BMT və Qərbin yeni sanksiyaları ilə üzləşən İran ən etibarlı ixrac bazarlarından biri olan Türkiyə bazarını itirə bilər.

Ankara həmçinin yenidən ixrac imkanlarını genişləndirib, bu yaxınlarda özünün dövlət enerji şirkəti BOTAŞ vasitəsilə Macarıstan və Rumıniya ilə təchizat müqavilələri imzalayıb.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Oktyabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see211

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see159

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see154

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see141

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see138

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see131

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri