Icma.az
close
up
RU
Türkiyə S 400 lərlə bağlı danışıqları davam etdirir

Türkiyə S 400 lərlə bağlı danışıqları davam etdirir

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket sistemlərinin taleyi ilə bağlı Rusiya ilə danışıqları davam etdirir.
Yeniavaz.com
xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Bu məsələ ilə bağlı danışıqlarımız davam edir. Danışıqlar başa çatdıqda, əlbəttə ki, ictimaiyyəti məlumatlandıracağıq”, - deyə Fidan bildirib.
Türkiyə mediasında daha əvvəl sistemlərin üçüncü ölkəyə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) verilməsi ehtimalı gündəmə gətirilib. Lakin Ankara və ya Əbu-Dabi belə bir razılaşmanı rəsmi şəkildə təsdiqləməyib.
Eyni gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov da S-400-lərlə bağlı açıqlama verib. O bildirib ki, Moskva Türkiyədən sistemlərin ölkə ərazisindən çıxarılması ilə bağlı hələlik rəsmi müraciət almayıb.
Lavrovun sözlərinə görə, S-400-lərin başqa ölkəyə verilməsi üçün Rusiyanın razılığı tələb olunur. O, Türkiyədən belə bir müraciət daxil olacağı təqdirdə Moskvanın onu nəzərdən keçirməyə hazır olduğunu bildirib.
S-400 məsələsi Ankara ilə Vaşinqton arasında uzun müddətdir davam edən əsas fikir ayrılıqlarından biridir. Türkiyənin 2019-cu ildə Rusiyadan S-400 sistemlərini alması ABŞ-nin Ankaraya qarşı sanksiyalar tətbiq etməsinə və Türkiyənin F-35 qırıcılarının istehsal proqramından çıxarılmasına səbəb olub.
Hakan Fidan daha əvvəl S-400 probleminin həlli üçün “yaradıcı ideyalar” üzərində iş aparıldığını açıqlamışdı. Nazir sentyabrın 19-da NTV-yə müsahibəsində məsələnin həlli üçün müxtəlif variantların mövcud olduğunu və Ankaranın onları “qarşılıqlı xoşməramlılıqla” həyata keçirməyə çalışdığını deyib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 27 Sentyabr 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri