Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ankara, 6 iyun, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Ankaranın şəhərsalma sahəsində prioritetlərini açıqlaması nəticələri fonunda, Dünya Bankı (DB) Türkiyəyə “Yaşıl şəhərlər və gələcəyin şəhərləri” layihəsinə 191,5 milyon avro ayrılması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlət zəmanəti ilə borclanma Türkiyə bələdiyyələrinə dayanıqlı və etibarlı şəhərdaxili nəqliyyat infrastrukturunun inkişafına, eləcə də su təchizatı və çirkab sularının təmizlənməsi sistemlərinin təkmilləşdirilməsinə daha fəal şəkildə investisiya qoymağa imkan verəcək.
Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek bundan əvvəl bildirib ki, 2026-cı ilin əvvəlindən bəri Ankaranın cəlb etdiyi güzəştli xarici maliyyələşdirmənin həcmi 4,5 milyard dollara çatıb.
“Davamlı artımı və sosial rifahı prioritetləşdirən Türkiyə Nazirlər Kabinetinin iqtisadi proqramı çərçivəsində biz bundan sonra da infrastruktur və iqlim dəyişikliyi ilə mübarizəyə bələdiyyə investisiyalarını fəal şəkildə dəstəkləyəcəyik”, - deyə nazir əmin edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:235
Bu xəbər 06 İyun 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















