Icma.az
close
up
RU
Deputat: Daşqın riskinin azalması üçün şəhərsalma dəyişməlidir

Deputat: Daşqın riskinin azalması üçün şəhərsalma dəyişməlidir

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

"Son günlər yağan intensiv yağıntılar nəticəsində bəzi ərazilərdə su basmaları ilk növbədə vətəndaşlarımız üçün ciddi narahatlıq doğuran bir vəziyyətdir”.


AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib. 


O bildirib ki, bu hadisələrə daha geniş ekoloji və iqlim kontekstində yanaşmaq vacibdir:

"Bu hadisələrə yalnız fövqəladə vəziyyət kimi deyil, daha geniş ekoloji və iqlim kontekstində yanaşmaq vacibdir. Son illərdə müşahidə olunan iqlim dəyişiklikləri, yağıntıların intensivliyinin artması və qeyri-sabit hava şəraiti bu cür hadisələrin tezliyini artırır. Bu baxımdan, şəhərsalma siyasətində suötürücü infrastrukturun gücləndirilməsi, drenaj sistemlərinin müasirləşdirilməsi və təbii su axınlarının qarşısının alınmaması mühüm əhəmiyyət daşıyır”.

Deputat qeyd edib ki, gələcəkdə bu kimi halların təsirini minimuma endirmək üçün ekosistem əsaslı yanaşmalar vacibdir:

"Ekoloji cəhətdən qiymətləndirdikdə isə, torpaq örtüyünün azalması, yaşıllıq sahələrinin kifayət qədər olmaması və bəzi hallarda tikinti fəaliyyətlərinin təbii balansı pozması daşqın riskini artıran amillər sırasındadır. Buna görə də, gələcəkdə bu kimi halların təsirini minimuma endirmək üçün ekosistem əsaslı yanaşmalar, yaşıllıqların artırılması, suyun təbii şəkildə sorulmasını təmin edən sahələrin qorunması və davamlı şəhər planlaşdırılması prioritet olmalıdır. Məqsəd  gələcəkdə bu kimi halların təsirinin azaldılması üçün daha dayanıqlı və ekoloji cəhətdən balanslı mühitin formalaşdırılmasıdır”.

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 31 Mart 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri