Türkiyə tədarükü azaltdı, Rusiyada qiymət bahalaşdı
Icma.az bildirir, Axar.az portalına istinadən.
Türkiyə yanvar-oktyabr aylarında Rusiyaya naringi tədarükünü 20 faiz azaldıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, yanvar-oktyabr aylarında Türkiyədən naringi tədarükü 202,3 min tondan 161,3 min tona düşüb.
“İyun-sentyabr aylarında ümumiyyətlə tədarük olmayıb, baxmayaraq ki, keçən il bu aylarda kiçik tədarüklər olmuşdu. Oktyabr ayında tədarük bərpa edilib, lakin onların həcmi ötən illə müqayisədə hələ də aşağı olub - demək olar ki, 29% - və 35,2 min ton təşkil edib”, - məlumatda qeyd olunub.
Rusiyanın “RİA Novosti” agentliyi “Çek İndeks” analitik resursuna istinadla məlumat yayıb ki, ölkədə noyabr ayında naringinin bir kilosunun qiyməti ötən ilə nisbətən 23 faiz artaraq 252 rubl təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 01 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















