Türkiyə üçün tarixi addım 12 maddəlik layihə imzalandı
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Türkiyədə “Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanan 12 maddəlik yeni qanun layihəsinin təfərrüatları məlum olub.
“Bakupost” “TRT Haber”ə istinadla xəbər verir ki, “Milli Həmrəylik və İctimai İnteqrasiyanın Gücləndirilməsi” adlanan çərçivə sənədi artıq Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatların təsdiqinə təqdim olunub.
AK Partiya tərəfindən hazırlanan layihəyə MHP adından ilk imzanı partiya lideri Dövlət Bağçalı atıb.
Daha sonra TBMM sədri Numan Kurtulmuş da sənədi imzalayaraq dəstəyini nümayiş etdirib.
Sənədin AK Partiya, MHP və DEM Partiyasının birgə imzası ilə parlament rəyasət heyətinə təqdim olunması və həftənin sonunadək qəbul edilərək qanunlaşması gözlənilir.
Qeyd olunub ki, layihənin ümumi əfv xarakteri daşımadığı və terror təşkilatının rəhbəri Abdulla Öcalana hər hansı xüsusi status vermədiyi vurğulanır. Qanunun güzəştlərindən yararlanmaq istəyən PKK mənsubları 6 ay ərzində rəsmi müraciət etməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 04 Avqust 2026 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















