Icma.az
close
up
RU
Ankaradan savaşla bağlı mühüm gediş Türkiyə Ukraynaya ordu göndərir?

Ankaradan savaşla bağlı mühüm gediş Türkiyə Ukraynaya ordu göndərir?

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə bölgədə “təhlükəsizlik və sabitliyi” təmin etmək üçün atəşkəs elan edildikdən sonra Ukraynaya qoşun göndərməyi istisna etmir. Bu barədə Müdafiə Nazirliyinin bəyanat yayıb.Nazirlik vurğulayıb ki, ilk növbədə Rusiya ilə Ukrayna arasında atəşkəs əldə edilməlidir. Bundan sonra missiyanın mandatı və hər bir ölkənin iştirak səviyyəsi müəyyənləşəcək. “Türkiyə Silahlı Qüvvələri regionumuzda təhlükəsizliyi və sabitliyi təmin edəcək istənilən təşəbbüsü dəstəkləməyə hazırdır”, - Müdafiə Nazirliyinin bəyanatında deyilir. 

Türkiyə Müdafiə Nazirliyinin atəşkəsdən sonra Ukraynaya qoşun göndərməyi istisna etməməsi nə dərəcədə real senaridir? Əgər bu baş verərsə, Rusiyanın reaksiyası necə ola bilər? Rəsmi Kreml bunu NATO-nun birbaşa müdaxiləsi kimi qiymətləndirə bilərmi? 

Moderator.az-a danışan  Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvüsiyasi şərhçi Anar İsayev deyib ki, Türkiyə NATO daxilində yeganə dövlətdir ki, Rusiya–Ukrayna müharibəsi dövründə həm Moskva, həm də Kiyev ilə eyni səviyyədə münasibət saxlayan nadir aktor rolunu oynayır. Onun sözlərinə görə, Ankara həm Rusiya ilə iqtisadi və diplomatik əlaqələrini qoruyur, həm də Ukrayna ilə əməkdaşlığını davam etdirir:

“Bu balanslı siyasət hər iki münaqişə tərəfinin Türkiyəni vasitəçi kimi qəbul etməsinə şərait yaradıb.

Xatırladaq ki, indiyə qədər Türkiyədə Rusiya və Ukrayna arasında atəşkəsin təmin edilməsi, sülh danışıqlarının irəliləməsi və münaqişənin tənzimlənməsi məqsədilə  ümumilikdə dörd dəfəgörüş keçirilib. Ankara həm regional nüfuzuna, həm də tərəflərlə qurduğu etimad münasibətlərinə görə bu prosesdə ən real vasitəçi variantlardan biri kimi qiymətləndirilir.

Türkiyənin atəşkəsdən sonra Ukraynaya qoşun göndərməsini tamamilə istisna etmək olmaz — məhdud, hədəfli və ya simvolik yerləşdirmə realdır; amma genişmiqyaslı və açıq döyüş qüvvəsi göndərməsi yüksək risklidir. Moskva reaksiyası şiddəti və xarakteri Türkiyənin addımının həcmi, məqsədi, NATO ilə koordinasiyası və Ukraynanın rəsmi dəvəti olub-olmamasından asılı olacaq. Əgər Türkiyə NATO ilə koordinasiyalı hərəkət edərsə, ya da ABŞ- NATO komandasının iştirakı görünərsə, Moskva bunu açıq NATO müdaxiləsi kimi təqdim edə və diplomatik-hərbi cavab verə bilər”.

Siyasi şərhçi hesab edir ki, Ankara tək və məhdud şəkildə, Ukraynanın dəvəti əsasında hərəkət edərsə, Moskva bunu milli əməliyyat adlandırmağa çalışsa da, retorik olaraq NATO-ya bağlamağa cəhd edəcək. Nəticədə, qiymətləndirmə praktikada kontekstdən asılı olacaq. Regionda güc balansına gəldikdə isə Rusiaya üçün Qara dənizdə və Şərqi Avropada strategiya çərçivəsində daha sərt tədbirlərə keçmək məcburiyyəti yaranar ki, bu da Baltik regionu və Qara dənizdə əlavə hərbi yerləşdirmələr və təlimlərə yol açar.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Noyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see170

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see146

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see134

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri