Türkiyə və ABŞ dinc nüvə enerjisi sahəsində əməkdaşlığı dərinləşdirmək qərarına gəliblər
Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vaşinqton və Ankara dinc nüvə enerjisi üzrə əməkdaşlıq sazişi imzalayıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar sosial şəbəkədəki səhifəsində məlumat verib.
“Prezidentlər arasında keçirilən görüşdən sonra onların iştirakı ilə ABŞ dövlət katibi Marko Rubio və mən sülhməramlı nüvə enerjisi sahəsində strateji əməkdaşlığa dair anlaşma memorandumu imzaladıq”,- deyə o paylaşıb.
Onun sözlərinə görə, tərəflər Türkiyə ilə ABŞ arasında bu sahədə çoxillik və çoxşaxəli tərəfdaşlığı daha da dərinləşdirəcək yeni mərhələyə başlayıblar.
Bayraktar bu müqavilə çərçivəsində aparılan işlərin qarşıdakı dövrdə hər iki ölkə üçün qarşılıqlı faydalı olacağına ümid etdiyini bildirib.


