Türkiyə və Ermənistanın iş adamları birgə bəyanat yayıblar
Icma.az bildirir, Azvision portalına istinadən.
Bu barədə Van TSO və UMBA-nın birgə bəyanatında bildirilib.
Van TSO-nun 80-ə yaxın iş adamının iştirakı ilə keçirilən proqram çərçivəsində Ermənistanın işgüzar dairələrinin nümayəndələri ilə görüşlər keçirilib, qarşılıqlı ticarət və investisiya imkanları, eləcə də iki ölkənin iş dünyası arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Bəyanatda qeyd olunub ki, biznes sektoru sərhədlər və siyasi fərqlərdən kənarda qarşılıqlı anlaşma, etimad və ortaq iqtisadi maraqlar əsasında münasibətlərin inkişafına mühüm töhfə verə bilər.
Tərəflər Türkiyə ilə Ermənistan arasında ticarətin artırılmasının, sərhəd qapılarının açılmasının və keçidlərin asanlaşdırılmasının, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsinin, iş adamlarının qarşılıqlı səfərlərinin və B2B görüşlərinin artırılmasının vacibliyini vurğulayıblar. Həmçinin turizm, logistika, kənd təsərrüfatı, ərzaq, tekstil, sənaye və xidmət sektorlarında əməkdaşlığın gücləndirilməsi, birgə investisiya və istehsal imkanlarının dəyərləndirilməsi təklif edilib.
Bəyanatda sərhəd keçid məntəqələrinin açılmasının yalnız ticari keçidlərin asanlaşdırılması deyil, həm də iki ölkə xalqları arasında təmasların, iqtisadi əlaqələrin və qarşılıqlı etimadın gücləndirilməsi baxımından mühüm normallaşma addımı olduğu qeyd edilib.
Van TSO və Ermənistanın işgüzar dairələri Vanın Türkiyə ilə Qafqaz arasında təbii ticarət və logistika körpüsü olmaq potensialına malik olduğunu bildiriblər. Onların fikrincə, Van-İrəvan iqtisadi əlaqələrinin inkişafı regional ticarətə və xalqlar arasında qarşılıqlı anlaşmaya töhfə verə bilər.
Tərəflər keçirilən təmasların qarşılıqlı səfərlər, ticari əlaqələr və konkret tərəfdaşlıqlarla davam etdirilməsinin, həmçinin sərhəd qapılarının açılmasının və müntəzəm ticari keçidlərin təmin edilməsinin vacibliyini vurğulayıblar.
Bəyanatda iş dünyaları arasında təmasların Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə və Cənubi Qafqazda regional sülh və rifahın dəstəklənməsinə sosial-iqtisadi töhfə verən konstruktiv təşəbbüs olduğu bildirilib.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Ermənistanın ümidi Türkiyə və Azərbaycanadır Təhlil
14 İyun 2025 16:19
Türkiyə Ermənistanın maraqlarından çıxış edir?
15 Yanvar 2025 11:16
Türkiyə iş adamları İrəvana gedəcək
28 İyul 2026 12:05
Türkiyə və Ermənistanın xarici işlər nazirləri görüşəcək
11 Aprel 2025 17:24
Türkiyə və Ermənistanın bu addımını alqışlayırıq ABŞ
14 May 2026 10:24
Baxış sayı:163
Bu xəbər 07 Sentyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları