Icma.az
close
up
RU
Türkiyə və Suriya münasibətlərində yeni dövr: Hələbdəki baş konsulluq 13 il sonra qapılarını açdı

Türkiyə və Suriya münasibətlərində yeni dövr: Hələbdəki baş konsulluq 13 il sonra qapılarını açdı

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin Hələbdəki baş konsulluğu təxminən 13 illik fasilədən sonra işə başladı.

Oxu.Az-ın məlumatına görə, bu barədə TRT kanalı görüntülər yayımlayıb.

Kadrlarda diplomatik nümayəndəliyin binası üzərində Türkiyə dövlət bayrağının qaldırılması əks olunub.

Bildirilir ki, baş konsulluq tədricən işçi heyətini artıracaq və əhaliyə xidmət göstərməyə başlayacaq.

Türkiyənin Dəməşqdəki müvəqqəti işlər vəkili Burhan Keroğlu mərasimdə bildirib ki, "Bəəs" Partiyasının hakimiyyətdən getməsindən sonra Ankara Suriyanın əsl sahibləri ilə əlaqələr qurub ki, bu da ölkənin inkişafına töhfə verəcək.

"Uzun illər ərzində qəbul etdiyimiz suriyalı qardaşlarımızın öz vətənlərinə təhlükəsiz qayıtması üçün əlimizdən gələni edəcəyik. Türkiyə ilə Suriya arasında münasibətlər inkişaf edəcək, biz Suriyanın dünyaya açılması proseslərini dəstəkləyəcəyik", - deyə o bildirib.

Xatırladaq ki, dekabrın 14-də Türkiyənin Dəməşqdəki səfirliyinin fəaliyyəti bərpa edilib. Türkiyənin Suriyadakı səfirliyi 2012-ci ilin martından bəri fəaliyyət göstərmirdi. Bu, Suriya daxili münaqişəsinin həlli yolları ilə bağlı ciddi siyasi fikir ayrılıqları fonunda iki ölkə arasında münasibətlərin maksimum soyuduğu dövr idi. Hələbdəki baş konsulluq 2012-ci ilin iyulunda fəaliyyətini dayandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Yanvar 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri