Icma.az
close
up
RU
Nazirliyin vəzifəli şəxslərinin adından dələduzluq edildi TƏFƏRRÜAT

Nazirliyin vəzifəli şəxslərinin adından dələduzluq edildi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Binəqədi rayonunda 1988-ci il təvəllüdlü Sabir yüksək vəzifəli şəxslərin adından sui-istifadə edərək dələduzluq edib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Sabir etibardan sui-istifadə etmə və aldatma yolu ilə Pərvanə adlı şəxsin əmlakını ələ keçirib. 
İttihama görə, o, tanıdığı Pərvanəyə təqaüd alması ilə əlaqədar köməklik göstərilməsi barədə yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edib. 
Bu vədləri verən Sabir 2023-cü ilin müxtəlif vaxtlarında Pərvanədən ümumilikdə 25 min manat alıb. 
Hadisəni törədən Sabirin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sabir ona elan olunmuş ittiham üzrə özün ü qismən təqsirli bilib. 
O, ifadəsində göstərib ki, Vüqar adlı şəxs vasitəsi ilə Pərvanəni tanıyıb: 
“Pərvanə pensiya almaq istədi, xəstəxanadan kağız almaq üçün mənə müraciət etdi. Biz Binəqədi rayonu ərazisində Pərvanə xanımın mağazasında görüşdük. Pərvanədən pensiya məsələsi üçün 7000 manat məbləğində pul tələb etdim”. 
Təqsirləndirilən şəxs bildirib ki, pulu nəğd qaydada da alıb, kart hesabına da göndərilib: 
“Nəğd qaydada pulu ya Pərvanənin mağazasında, ya da Araz adlı şəxsin mağazasında almışam. İşdən çıxdığım üçün dediyim işi icra edə bilməmişəm. Narkoloji dispanserdə tibb qardaşı vəzifəsində işləmişəm. Tanışım vasitəsi ilə mənə deyilən işi görəcəkdim. 7000 manatı pensiya düzəltmək üçün almışam, 9000 manat isə borc almışam. Qalan 9000 manat isə 10 ay üçün hesablanan faiz məbləğidir. Həmin məbləğin işlə əlaqəsi yoxdur”.
Sabir deyib ki, yetkinlik yaşına çatmayan bir övladı var, lakin həyat yoldaşı rəhmətə getdiyindən övladı onun deyil, qohumlarının himayəsindədir. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Pərvanənin sözlərinə görə, Vüqar adlı şəxs vasitəsilə Sabiri tanıyıb: 
“Vüqar mağazamın yanında yoldaşı ilə birlikdə təndir işlədib. Onunla danışarkən maddi imkanım aşağı olduğunu və artıq mağazanın icarə haqqını ödəməkdə belə çətinlik çəkdiyimi bildirdim. Vüqar bildirdi ki, tanıdığı etibarlı bir şəxs var, mənə pensiya düzəldə bilər. Vüqar oğluna da onun vasitəsilə pensiya düzəltdiyini bildirdi. Sabir adlı şəxslə birlikdə mənim mağazama gəldi və Sabiri etibarlı bir şəxs kimi təqdim etdi. Sabir isə məni aldatdı. İşin düzələcəyi ilə bağlı Səhiyyə Nazirliyindən mənə zəng etdirdi. Guya Orxan müəllim mənə zəng edəcəkdi, lakin sonradan zəng edən adamın Orxan müəllim olmadığını bildim. Əvvəlcə mənə 900 manata işi həll edəcəyini dedi. Sonra məndən 150 manat, 200 manat, 300 manat, 1000 manat, 2000 manat məbləğlərdə pullar da aldı. Mənə banklardan zənglər, mesajlar gəldi. Sabir mənə pulları verməyimi, kartı aldıqdan sonra bütün pulların kartda olacağını, kompensasiya da alacağımı bildirdi. Mən də borc alaraq, pulları Sabirə verdim”.
Zərərçəkmiş bildirib ki, pulları nəğd və kart hesabına yollamaq yolu ilə verib: 
“Ümumillikdə Sabirə 25000 manat məbləğində pul vermişəm. Hazırda mənə heç bir pensiya təyin olunmayıb. Sabirə heç vaxt borca pul verməmişəm. Sabir mənə əstəlik kağızı alacağını və pensiya düzəldəcəyini bildirib”. 
Bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Sabir 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını  ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Həmçinin, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı mülki iddiası təmin olunub. 
Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş 25000 manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 166 manat pul ondan tutularaq zərərçəkmiş şəxsə verilməsi barədə qərar qəbul edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Aprel 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see196

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see141

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see128

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see128

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see122

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri