Icma.az
close
up
RU
Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının rəhbəri iqlim investisiyalarını artırmağa çağırıb AZƏRTAC

Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının rəhbəri iqlim investisiyalarını artırmağa çağırıb AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ankara, 22 noyabr, AZƏRTAC

Qlobal istiləşmə təkcə son 10 ildə qlobal iqtisadiyyata 3,5 trilyon dollar ziyan vurub. Üstəlik, 2023-cü ildə birbaşa olaraq ətraf mühitdən iqtisadi itkilərin həcmi 700 milyard dollar həcmində qiymətləndirilir. Vəziyyətdən çıxış yolu “yaşıl transformasiya” kimi görünür.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının (H2DER) rəhbəri Yusuf Günay BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının əhəmiyyətini şərh edərkən deyib.

Y. Günay iqlim dəyişikliyi nəticəsində dünyanın müxtəlif yerlərində təbii fəlakətlərin sayının artmasına diqqət çəkib.

H2DER rəhbəri 2030-cu ilə qədər dünyada bərpaolunan enerji mənbələri (RES) obyektlərinin gücünün üç dəfə artırılması ilə bağlı bəyan edilmiş hədəfi xatırladıb. “Düşünürəm ki, bu kifayət etməyəcək. Bərpaolunan enerji obyektlərinin gücü ən azı beş dəfə artmalıdır”, -deyə H2DER rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Türkiyə son onilliklər ərzində yaşıl enerji sahəsində də əhəmiyyətli irəliləyişlər əldə edib.

Y.Günay xatırladıb ki, hələ 2001-ci ildə Türkiyədə bərpaolunan enerji obyektlərinin ümumi quraşdırılmış gücü cəmi 30 min MVt idisə, hazırda bu rəqəm dəfələrlə artıb.

“Bərpa olunan enerji obyektlərinə ilkin investisiyalar yüksək olsa da, xərclər tezliklə özünü doğruldur. Ona görə də bu sahəyə, xüsusilə günəş və külək enerjisinə investisiyaların artırılması lazımdır. Bundan əlavə, elektroliz yolu ilə istehsal olunan və zərərli istixana qazları buraxmayan “yaşıl hidrogen”ə diqqət yetirmək vacibdir”, - deyə türk assosiasiyasının rəhbəri bildirib.

Onun fikrincə, “yaşıl hidrogen” xüsusilə yüksək temperatur şəraiti tələb edən sənayelərdə fəal şəkildə istifadə olunarsa, iqlim dəyişikliyi ilə mübarizə daha effektli olar.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see193

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see168

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see149

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see146

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see142

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see140

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see138

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see137

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see136

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see131

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see129

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see129

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see127

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see126

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see126

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see122

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri