Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

Türkiyə yeni hərbi sistemə keçir: 3 dənizdə güc...

Türkiyə yeni hərbi sistemə keçir: 3 dənizdə güc...

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təlimlərə ümumilikdə 45 ölkədən 10 min hərbçi qatılıb. Bu ölkələrdən 23-ü birbaşa, 22-si isə müşahidəçi qismində təlimlərdə iştirak edir. Hərbi təlimlərdə birbaşa iştirak edən ölkələr arasında Türkiyə, Azərbaycan, Qırğızıstan, Liviya, Macarıstan, Şimali Makedoniya, Monqolustan, Niger, Pakistan, Rumıniya, Suriya, Zambiya və ABŞ-ın adını çəkmək olar.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi general Yücel Karauz “EFES-2026” təliminin əvvəlkilərdən fərqləri haqda danışarkən deyib.

“EFES-2026” təliminin əvvəlkilərdən ən mühüm fərqi onun klassik “müştərək desant əməliyyatı təlimi” çərçivəsindən kənara çıxaraq çoxsahəli müharibə əməliyyatları (multi-domain operations), pilotsuz sistem sürüləri, şəbəkə mərkəzli müharibə və “Mavi Vətən” doktrinasının əməliyyat tətbiqi üçün praktik sınaq meydanına çevrilməsidir. Belə ki, əvvəlki təlimlərdə desant çıxarma, hava hücumu, sahili tutma, müştərək şəkildə qüvvələrin koordinasiyası üstünlük təşkil edirdi. Hazırda isə hava və dəniz dronu eyni anda və inteqrasiya olunmuş şəkildə işləyir. Bununla yanaşı, süni intellekt dəstəkli sürü sistemləri meydana çıxır. Məsələn, Türkiyənin Müdafiə Texnologiyaları, Mühəndislik və Ticarət ASC (Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş – STM) tərəfindən istehsal edilən KARGU sürü sistemlərindən EFES-2026-da istifadə olunması önəmli bir mərhələdir. 20 ədəddən ibarət sürü sisteminin tək bir operatorun nəzarəti altında tapşırıq icra edə bilməsi gələcəyin “İnsansız Təzyiq Müharibəsi” doktrinasına keçidin göstəricisidir. Bu artıq Türkiyənin platforma mərkəzli deyil, “sistemlər sistemi” mərkəzli müharibə arxitekturasına keçdiyini göstərir”, - general bildirib.

Karauz “Mavi Vətən” konsepsiyasından da bəhs edib:

“Bu konsepsiya artıq doktrina çərçivəsini aşaraq faktiki əməliyyat arxitekturasına çevrilir. “Mavi Vətən” başlanğıcda dəniz yurisdiksiya zonalarının qorunması, Şərqi Aralıqda enerji təhlükəsizliyi, dəniz geosiyasəti, kontinental şelf hüquqları baxımından dəyərləndirilirdi. İndi isə konsepsiya dənizdən güc göstərilməsi, dəniz–hava–kosmos–məlumat inteqrasiyası, insansız dəniz sistemləri, dəniz enerji təhlükəsizliyi, sualtı çəkindirmə qabiliyyəti və mavi iqtisadiyyatın qorunması kimi sahələrə doğru genişlənib. Bu tablo bizə Türkiyənin artıq yalnız sahil mühafizəsini həyata keçirən bir dəniz gücü deyil, həm də inteqrasiya olunmuş şəkildə regional dəniz hakimiyyəti qurmağa çalışan dəniz strategiyasına doğru istiqamətləndiyini göstərir. Çünki xüsusilə Hörmüz boğazı, Qırmızı dəniz və Şərqi Aralıqda son illərdə yaşanan böhranlara görə dəniz təhlükəsizliyi iqtisadi təhlükəsizliyin parçasına çevrildi.

Ümumiyyətlə isə EFES-2026 təlimlərini və “Mavi Vətən” konsepsiyası ilə bağlı fəaliyyətləri birlikdə dəyərləndirsək, Türkiyənin klassik müdafiə refleksindən çıxdığını, dəniz mərkəzli güc proyeksiyasına istiqamətləndiyini, insansız sistemlərə əsaslanan yeni müharibə modelinə keçməyə başladığını, Egey, Şərqi Aralıq və Qara dənizi tək əməliyyat sahəsi olaraq gördüyünü, müdafiə sənayesi ilə əməliyyat doktrinasını eyni anda inkişaf etdirdiyini deyə bilərik. Əgər bu proses uğurlu şəkildə davam edərsə, Türkiyə Aralıq dənizi, Qara dəniz və Qırmızı dəniz xəttində orta miqyaslı deyil, əhəmiyyətli dərəcədə təsir gücü formalaşdıra bilən regional dəniz gücü kateqoriyasına yüksələcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 May 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri