Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Ankara-Şanlıurfa reysi ilə hərəkət edən sərnişin təyyarəsində partlayıcı maddənin olması barədə məlumat daxil olub.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Şanlıurfa valisi Hasan Işıldak bildirib.
Oktyabrın 5-də saat 19:00-da Ankaradan Şanlıurfaya yola düşən “AJet” aviaşirkətinə məxsus 4180 saylı sərnişin təyyarəsi saat 20:05-də Şanlıurfa GAP Hava Limanına eniş edib.
Məlumata görə, təyyarənin göyərtəsində 136 sərnişin və 7 ekipaj üzvü olub. Onların təhlükəsiz şəkildə təxliyəsi üçün bütün zəruri tədbirlər görülüb.
Təyyarə boşaldıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən göyərtədə partlayıcı maddənin olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə axtarış aparılacaq.
Bu mövzuda digər xəbərlər:Floridada hava limanında bomba xəbərdarlığı səbəbidən sərnişinlər təxliyə olundu
26 Aprel 2025 05:47
Türkiyədə sərnişin təyyarəsində yanğın təhlükəsi, sərnişinlər təxliyə edildi
05 İyun 2026 15:42
Türkiyədə 136 sərnişinin olduğu təyyarədə bomba XƏBƏRDARLIĞI
05 Oktyabr 2026 23:10
Moskvaya uçan təyyarədə bomba xəbərdarlığı...
09 Yanvar 2025 21:53
Ankarada təyyarədə poverbank alışdı: Sərnişinlər təxliyə edildilər
05 İyun 2026 22:01
Baxış sayı:193
Bu xəbər 05 Oktyabr 2026 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















