Türkiyədə 4 silahlı şəxs professoru döyərək maşınını qaçırdı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Üzlərində maska olan 4 silahlı şəxs maşını idarə edən professorun yolunu kəsib, onu döyüb, daha sonra maşınını götürərək qaçıblar.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.
Hadisə dünən yerli saatla 06.30 radələrində "Atakent" ərazisindəki küçələrdən birində baş verib. İddiaya görə, xüsusi bir xəstəxanada Beyin və Sinir Cərrahiyyəsi şöbəsində çalışan Prof. Dr. Halit Çavuşoğlu şəxsi avtomobili ilə işə gedərkən üzləri maskalı 4 silahlı şəxs tərəfindən saxlanılıb.
Halit Çavuşoğlu polis bölməsinə gedərək vəziyyəti izah edib və şikayət edib. Çavuşoğlunun ifadəsini alan polis qrupları hadisə yerindəki təhlükəsizlik kameralarını araşdırıb və 4 şübhəlinin tutulması üçün işlərə başlayıb.
Oksana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 29 Noyabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















