Türkiyədə 70 kiloqram qızılla saxlanılan keçmiş diplomatın məhkəməsi başlayıb
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi olmuş Qəhraman Məmmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə başlayıb.
Newscenter.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Növbəti iclas noyabrın 28-nə təyin olunub.
Qeyd edək ki, Q.Məmmədov son olaraq Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi olub.
Q.Məmmədov qızıl külçələri qabaqcadan əlbir olduğu şəxsə təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
DTX-də aparılan cinayət işi üzrə Q.Məmmədova Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.(report)
Bu mövzuda digər xəbərlər:Türkiyədə 70 kiloqram qızılla saxlanılan azərbaycanlı kimdir? DETALLAR
23 Noyabr 2024 15:26
70 kiloqram qızılla Türkiyədə saxlanılan azərbaycanlı polkovnikleytenantla bağlı TƏFƏRRÜAT
26 Noyabr 2024 15:02
Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi HAKİM QARŞISINDA
17 Noyabr 2025 19:08
Türkiyədə 70 kiloqram qızılla saxlanılan azərbaycanlı polkovnikleytenant imiş DETALLAR YENİLƏNİB
23 Noyabr 2024 15:40
Baxış sayı:90
Bu xəbər 17 Noyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















