Icma.az
close
up
RU
Türkiyədə aprelin 2 də baş tutan boykot nə qədər təsirli oldu? Araşdırma

Türkiyədə aprelin 2 də baş tutan boykot nə qədər təsirli oldu? Araşdırma

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Cəmiyyət Araşdırmaları İnstitutunun “Boykot təsiri analizi” adlı hesabatının nəticələrinə görə, aprelin 2-də Türkiyədə keçirilən ümumi boykot istehlak tələbində əhəmiyyətli azalmaya səbəb olub.
Yeniavaz.com
“BirGün”ə istinadla xəbər verir ki, paytaxt Ankarada 384 sahibkarla keçirilən üzbəüz sorğulara zamanı onların 56 faizi həmin tarixdə satışların azaldığını bildirib.
Araşdırma çərçivəsində İstanbul və Ankara şəhərlərində seçilmiş iri ticarət mərkəzləri, sahibkarlar və istehlakçı davranışları analiz edilib. “Google Maps”in təqdim etdiyi “gündəlik sıxlıq” qrafikləri ilə boykotun ticarət mərkəzlərinə təsiri öyrənilib. Həmçinin Mərkəzi Bankın (TCMB) ödəniş sistemləri statistikaları əsasında istehlakçı davranışlarında baş verən dəyişikliklər analiz edilib.
Hesabata görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) daha güclü olduğu bölgələrdəki ticarət mərkəzlərində boykot günü, yəni 2 aprel tarixində sıxlığın nəzərəçarpacaq dərəcədə azaldığı müşahidə olunub. Araşdırmaya görə, 2 aprel tarixindəki boykota nisbətən 3 aprel tarixində TM-lərdə sıxlıqda əhəmiyyətli dərəcədə artım baş verib.
Oxşar mənzərə Ankaradakı ticarət mərkəzlərində də yaşanıb. Belə ki, Çankaya bölgəsindəki ticarət mərkəzlərində nəzərəçarpacaq dərəcədə sıxlıq azalıb. Hakim Ədalət və İnkişaf PArtiyasının (AKP) güclü olduğu Keçiören və Yenimahalle bölgələrindəki TM-lərdə isə artım daha az olub.
Hesabat çərçivəsində sahibarlara “Boykot aksiyasını düzgün hesab edirsinizmi?” sualı verilib. Sorğuda iştirak edənlərin 43,3%-i boykotu düzgün hesab etmədiklərini bildirərkən, 47%-i isə dəstəklədiklərini ifadə edib.
Araşdırmanın digər mərhələsində isə Mərkəzi Bankın təqdim etdiyi ödəniş sistemləri statistikaları təhlil edilib. Bu statistikada, maaş ödəmələri nəzərə alınmadan digər ödənişlər əsas götürülüb. Araşdırma nəticəsində, 2 aprel tarixindəki boykotun istehlakda nəzərəçarpacaq dərəcədə bir azalmaya səbəb olduğu aşkarlanıb. Belə ki, həmin tarixdə əmək fəaliyyətinə görə edilən ödənişlər və bayram premiyaları nəzərə alınmamaq şərtilə istehlak tələbində 26% azalma olduğu qeyd edilib.
Qeyd edək ki, boykot aksiyası İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun həbs olunması və ardınca keçirilən etiraz aksiyalarında bir çox gəncin saxlanılması ilə başlayıb. Bu prosesin mediada qərəzsiz şəkildə əks etdirilməməsi səbəbindən 2 apreldə ümumi boykot çağırışı edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 07 Aprel 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri