Icma.az
close
up
RU
Parisin keyfiyyətsiz medal QALMAQALI: Türkiyədə də araşdırma başladı

Parisin keyfiyyətsiz medal QALMAQALI: Türkiyədə də araşdırma başladı

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən il Parisdə keçirilən Yay Olimpiya Oyunları ilə bağlı qalmaqal yaşanıb. Belə ki, “Paris-2024” XXXIII nda qazanılan medallardan 100-dən çoxu keyfiyyətsiz olduğu üçün geri qaytarılıb.

Olimpiadanın başa çatmasından altı ay keçməmiş medalların geri qaytarılmasının əsas səbəbi onların zədələnmiş olması və paslanmasıdır. Medallar arasında bürünc olanların daha çox zədələnməyə və paslanmaya məruz qaldığı bildirilir.

Qeyd edək ki, bu barədə ilk narazılıqlar Olimpiya Oyunlarının başlamasından dərhal sonra ortaya çıxıb. Keçən ilin yayında amerikalı skeytbordçu Nicah Hustonun medalının keyfiyyətsiz olmasına dair videosu sosial mediada xeyli müzakirə edilib.

Olimpiadadan bir neçə gün keçməsinə baxmayaraq, medal olduqca köhnə görünürdü. Daha sonra bir çox idmançı eyni problemlə üzləşdiyini açıqlayıb. Son olaraq isə fransalı üzgüçü Klement Sekki medalının timsah dərisinə oxşadığını bildirib.

Beynəlxalq Olimpiya Komitəsinin məsələ ilə bağlı açıqlamasında zədələnmiş medalların istehsalçı “Monnaie de Paris” tərəfindən sistemli şəkildə əvəzlənəcəyi, prosesə yaxın həftələrdə başlanacağı bildirilib. Qeyd edək ki, Fransanın tanınmış zinət əşyaları brendi “Chaumet” tərəfindən dizayn olunan medallar Eyfel qülləsindən götürülmüş dəmir hissəciklərlə zənginləşdirilib.

Artıq Azərbaycan idmançılarına da verilən medalların keyfiyyətsiz olması faktları aşkarlanıb. Bəs Türkiyədə vəziyyət necədir?

Modern.az mövzu ilə bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) milli təhsil, mədəniyyət, gənclər və idman komissiyasının katibi Mehmet Emin Özlə həmsöhbət olub.

O bildirib ki, sözügedən mövzu ötən həftələrdə Türkiyə mediasında da gündəm olub. Deputatın sözlərinə görə, Türkiyə idmançılarına verilən medalların keyfiyyətsiz olması, boyasının silinməsi ilə bağlı məlumatlar yayılıb.

"Hələlik bununla bağlı qərar verilməyib. Mən indicə cənab nazirlə danışdım, bildirdi ki, bununla bağlı yoxlamalar aparılır. Sonda qərarın nə olacağı isə yoxlamaların nəticəsindən asılı olacaq”, - Mehmet Emin Öz qeyd edib.

Xatırladaq ki, Paris Olimpiadasında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Türkiyə qızıl medal qazanmasa da, yarışı 8 medalla başa çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Yanvar 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri