Icma.az
close
up
RU
Türkiyədə Azərbaycana qarşı yeni dalğa Qəzza ittihamı...

Türkiyədə Azərbaycana qarşı yeni dalğa Qəzza ittihamı...

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Türkiyə mediasında Azərbaycana qarşı yeni dalğa…

Zaman-zaman Azərbaycan–Türkiyə münasibətləri pozmağa cəhd göstərən qüvvələr peyda olur.

Globalinfo.az “Lent.az”a istinadla xəbər verir ki, müşahidələrə əsasən, Türkiyədə Azərbaycana qarşı yeni dalğa başlayıb və həmin qüvvələr yenidən aktivləşib. Onlar elə yanaşma sərgiləyirlər ki, sanki İsrail-Fələstin münaqişəsini, Qəzza problemini Azərbaycan yaradıb.

Bir neçə ay əvvəl də İsrail-İran qarşıdurması zamanı Türkiyənin bəzi media resursları Azərbaycana qarşı açıq-aşkar propaqanda həyata keçirirdi və yalan məlumatlar yayırdılar.

Proses bu gün də davam edir…

Xəbər verildiyi kimi, oktyabrın 13-də ABŞ, Misir, Qətər və Türkiyə liderləri Şarm əl-Şeyxdə keçirilən sammitdə “Qəzza zolağında atəşkəs haqqında” saziş imzaladılar.

Həmin gün bütün dünyanın gözü, Şarm əl-Şeyxə dikilmişdi. Hər kəs yaxın şərqdə sülhün bərqərar olmasına sevinirdi. Həmçinin də Azərbaycan…

Biz həm də ona görə sevinirdik ki, sülhün təminatçısı olan dövlətlərdən biri də qardaş Türkiyə idi. Türkiyə rəsmi olaraq Qəzzadakı sülhə qarant duran 4 ölkədən biri oldu.

Lakin yaxın şərqdə atəşkəs uzun sürmədi və saziş imzalanandan qısa müddət sonra Qəzza zolağı yenidən alovlandı.

İndi bəzi qüvvələr buna görə yenidən Azərbaycanı günahlandırmağa çalışırlar. Sanki Qəzza problemini Azərbaycan alovlandırır. Onlar bu kimi yalanlarla ölkəmizin imicini ləkələməyə çalışırlar.

Azərbaycana qarşı kampaniyanı aparanlar unudurlar ki, Türkiyə Qəzzadakı sülhə qarant duran 4 ölkədən biridir və onun özünün də bu prosesdə öhdəlikləri var. Onlar həmin öhdəliklərin yerinə yetirilib-yetirilmədiyini sorğulamaq əvəzinə günahı üçüncü tərəfə yükləməyə cəhd edirlər.

Fələstin xalqının yanında olmuşuq, amma tərəf olmamışıq…

Azərbaycan bu prosesdə hər zaman neytral və konstruktiv mövqe ortaya qoyub. Düzdür, biz həmişə Fələstin xalqının humanitar vəziyyətinə dəstək vermişik, amma tərəf olmamışıq.

Azərbaycanın Fələstin məsələsində mövqeyi hər kəsə aydındır və dəyişməzdir. Azərbaycan əvvəldən bəri həm İslam həmrəyliyi prinsiplərinə sadiq qalıb, həm də beynəlxalq hüququn əsas normalarına istinad edərək Fələstin məsələsinə münasibətini açıq şəkildə ifadə edib. Ölkəmizin mövqeyi budur ki, Fələstin məsələsi yalnız və yalnız iki dövlət prinsipi əsasında həllini tapmalıdır. Başqa sözlə, Fələstin dövlətinin yaradılması bu münaqişənin ədalətli və davamlı həlli üçün mütləqdir.

Həm Fələstin muxtariyyətinin rəhbərliyi, həm də Azərbaycandakı Fələstin səfirliyi bununla bağlı dəfələrlə Azərbaycana minnətdarlığını ifadə ediblər.

Bununla yanaşı, Azərbaycanın İsraillə də yaxın münasibətləri mövcuddur. İslam dünyasında İsraillə ən sıx əməkdaşlıq edən ölkələrdən biri məhz Azərbaycandır. Lakin bu münasibətlər Azərbaycanın Fələstin məsələsi ilə bağlı mövqeyinə təsir göstərmir. Fələstin məsələsi prinsipial bir mövqedir və Azərbaycan bu məsələdə qətiyyən geri addım atmır.

Azərbaycan dəfələrlə bəyan edib ki, beynəlxalq hüququn prinsiplərinə hörmət edir, İslam həmrəyliyinə sadiqdir və münaqişələrin ədalətli həllinin tərəfdarıdır. BMT-də aparılan müzakirələr zamanı da ölkəmiz Fələstin məsələsində mövqeyini açıq şəkildə ifadə edib. Ümumiyyətlə, Azərbaycan dövlətinin siyasətində gizli və qeyri-müəyyən yanaşma yoxdur, əksinə, bütün məsələlərdə açıq və prinsipial mövqe nümayiş etdirilir.

Bir daha qeyd edirik ki, Türkiyə bizə dost, qardaş ölkədir. Azərbaycan-Türkiyə münasibətləri ən yüksək pillədə qərarlaşıb. Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrimiz gündən-günə daha da dərinləşir.

Türkiyədəki müəyyən qrupların Qəzzada baş verənlərin günahını üçüncü tərəflərdə axtarmaq istəyi isə etik deyil və əsassızdır!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri