Su obyektlərindən istifadəyə beş nazirlik icazə verəcək
Icma.az bildirir, Azvision saytına əsaslanaraq.
AzVision.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nda öz əksini tapıb.
Qaydaya əsasən, ərizəçi su obyektlərindən faydalı qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat və qazma işlərinin aparılması, yeraltı qurğuların tikintisi və dövlət ekoloji ekspertizasına aid olan fəaliyyət növləri ilə məşğul olmaq məqsədilə istifadə üçün müraciət etdikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, su obyektlərindən balıqçılıq, o cümlədən akvakultura məqsədilə istifadə üçün müraciət etdikdə Kənd Təsərrüfatı Nazirliyindən, su obyektlərindən müalicə, kurort və sağlamlaşdırma məqsədilə istifadə üçün müraciət etdikdə Səhiyyə Nazirliyindən, su obyektlərindən kiçikhəcmli gəmilərin hərəkəti məqsədilə istifadə üçün müraciət etdikdə Fövqəladə Hallar Nazirliyindən, su obyektlərindən energetika məqsədilə istifadə üçün müraciət etdikdə Energetika Nazirliyindən rəy (razılıq) almalı olacaq.
İcazənin sahibi Su Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə riayət etməlidir.
İcazənin və sudan xüsusi məqsədlər üçün istifadə müqaviləsinin şərtlərinə riayət olunmasına nəzarəti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti həyata keçirir.
Xidmət aşağıdakılara nəzarət edir:
- icazədə göstərilən hərəkətin həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktların tələblərinin, icazə qaydalarının və müqavilə şərtlərinin icazə sahibi tərəfindən yerinə yetirilməsinə nəzarət etmək;
- yoxlama zamanı ortaya çıxan suallara dair icazə sahibindən məlumatlar və sənədlər, o cümlədən arayışlar almaq;
- yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;
- müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə icazənin sahibinə xəbərdarlıq etmək və ya yazılı bildiriş təqdim etmək;
- icazənin dayandırılması və ya ləğv edilməsi barədə Agentliyə təklif vermək.
İcazənin sahibi aparılan yoxlama zamanı Xidmətin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa mane olmamalı, yoxlama aparılması üçün şərait yaratmalı və tələb olunan sənədləri və məlumatları təqdim etməlidir. Xidmətin nümayəndəsi xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlama aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat təqdim etmədikdə, icazə sahibi onu yoxlamaya buraxmaqdan imtina edə bilər.
Yoxlamanın təşkili, aparılması, nəticəsinin rəsmiləşdirilməsi və bununla bağlı digər məsələlər "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq tənzimlənir.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi qaydası təsdiqlənib
18 Dekabr 2025 14:22
ABŞ Ukraynaya bu minalardan istifadəyə icazə verəcək
20 Noyabr 2024 20:24
Laçında su anbarı istifadəyə verildi Fotolar
19 İyun 2025 13:12
Nazirlik repetitorlarla bağlı təklif verəcək
24 Oktyabr 2025 16:29
Məhkəmə cərimələdi, qərarı isə nazirlik verəcək
03 Mart 2025 13:44
Baxış sayı:104
Bu xəbər 18 Dekabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları