Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Türkiyədə baş verənlərin pərdəarxası MÜSAHİBƏ

Türkiyədə baş verənlərin pərdəarxası MÜSAHİBƏ

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hazırda Türkiyədə yaşananlar dünya mediasının ən çox işıqlandırdığı hadisələrdəndir. Qardaş ölkədəki siyasi gərginlik Azərbaycan mediası tərəfindən də diqqətlə izlənilir və bu da anlaşılandır. Ölkədə vətəndaş qarşıdurmasının güclənməsi ehtimalı böyükdür.

Ana müxalifət partiyasının liderlərindən sayıla biləcək İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi ölkədə müxalifətin çağırışı ilə etiraz aksiyalarının başlanmasına səbəb olub. Ölkənin demək olar ki, bütün iri şəhərlərində polis və vətəndaşlar arasında qarşıdurma güclənir. Hadisələrin perspektiv inkişafı, onları doğuran səbəblərlə bağlı Tribunainfo.az-ın müsahibi politoloq Elşən Manafovdur.

— Elşən bəy, Türkiyədə prezident seçkilərinə 3 ildən də artıq vaxt qaldığı bir şəraitdə ana müxalifət partiyasının seçki marafonuna start verməsini nə ilə izah etmək olar?

— Bu məsələyə bir neçə aspektdən yanaşmaq olar. Düşünürük ki, müxalifət hazırda Türkiyədəki sosial-iqtisadi durumu iqtidara qarşı vaxtından əvvəl mübarizəyə başlamaq üçün daha əlverişli məqam kimi qiymətləndirmiş və bundan istifadə etməyi qərara almışdır. Ölkədə inflyasiya ilə bağlı lirənin məzənnəsinin son vaxtlar kəskin şəkildə aşağı düşməsi, bu proseslərin qarşısının alınması üçün hökumətin gördüyü inzibati xarakterli tədbirlərin gözlənilən effekti verməməsi, iş yerlərinin azalması, iri şirkətlərin istehsal gücünün zəifləməsi və qeyri-rentabelli fəaliyyət, əhalinin, xüsusilə orta təbəqənin gəlirlərinin aşağı düşməsi, kasıblıq həddində yaşayan insanların sosial müdafiəsi üçün görülən işlərin inflyasiya səbəbilə ciddi səmərə verməməsi və s. müxalifətin seçkilərə vaxtından əvvəl qatılmasının səbəbləri sırasına aid edilə bilər.

İllərdən bəri Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq üçün qlobalistlərin də bu işlərdə maraqlı olması istisna edilə bilməz. Nəhayət, ana müxalifətin ölkədə keçirilən sonuncu bələdiyyə seçkilərində əldə etdiyi inamlı qələbə, ölkənin bütün iri şəhərlərində bələdiyyələrin ana müxalifət partiyasının ixtiyarına keçməsi onlarda belə bir qənaətin formalaşmasına səbəb oldu ki, bələdiyyə resurslarından istifadə etməklə hakimiyyəti vaxtından əvvəl seçkilərə getməyə vadar etmək mümkün olacaq. Ədalət naminə demək lazımdır ki, bu fikirləri ana müxalifətin rəhbərləri arasında birmənalı şəkildə hamı bölüşmürdü.

Cümhuriyyətçilərin Ərdoğan iqtidarı üzərinə hücumunun təşəbbüskarı İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu oldu. İstanbul bələdiyyəsinə seçkilərdə onun 16 milyon seçicinin dəstəyi ilə iqtidara gəlməsi onda hakimiyyətə yönəli iddiaların güclənməsinin əsas səbəblərindən olmuşdur. Lakin İmamoğlu unutdu ki, bu təkcə onun deyil, Cümhuriyyət Xalq Partiyasının qələbəsidir. Əkrəm bəy isə onu bu qələbəyə yüksəldən məfkurə yoldaşlarına münasibətdə ədalətli mövqe sərgiləmədi.

— Konkret olaraq nəyi nəzərdə tutursunuz?

— İmamoğlunun bələdiyyə seçkilərində qələbə əldə etməsinin səbəbi ona partiyanın sabiq rəhbəri A. Kılıçdaroğlu tərəfindən olan dəstək oldu. O isə Kılıçdaroğlunun sonuncu prezident seçkilərində Ərdoğana cəmi 4% uduzmasından sonra onun partiya rəhbərliyindən uzaqlaşdırılmasının təşəbbüskarı oldu. Sonuncu partiya qurultayında onun pulla satın aldığı qurultay nümayəndələri partiyanın indiki sədri Özgür Özələ səs verdilər. Həmin şəxslərin satın alınmasında isə İmamoğlunun bələdiyyə resurslarından istifadə etdiyi barədə iddialar var.

İmamoğlunun tender saxtakarlıqları, korrupsiya və rüşvətlə bağlı olaylarda ittiham olunması CXP-nin sabiq rəhbərliyinin hüquq-mühafizə orqanlarına sızdırdığı informasiya ilə bağlı olması ehtimal edilir. Bu isə xəyanətə cavab kimi də qiymətləndirilə bilər.

Nəhayət, İmamoğlunun vaxtından əvvəl seçki marafonuna start verməsi onun partiyanın digər nüfuzlu şəxsi, Ankara Bələdiyyəsinin sədri Mənsur Yavaşı qabaqlamaq istəyindən də irəli gələ bilər. Bu isə ana müxalifətin seçkilərə vahid komanda kimi qatılmasını əngəlləyəcək amillərdən biri kimi dəyərləndirilməlidir. Bütün bunların konteksində prezident Ərdoğanın “Türkiyənin vizionsuz bir müxalifəti var” fikri ilə razılaşmamaq olmur.

İmamoğlunun ambisiyaları ana müxalifət partiyasına qarşı hakimiyyətin elə qanunvericilik konteksində repressiya siyasətinə əsas vermiş olur ki, bundan Türkiyənin çalxalanmasında maraqlı olan dairələr istifadə etməyə səy göstərəcəklər.

— İmamoğlunun seçkilərə qatılmaq imkanlarını necə qiymətləndirirsiniz?

— Türkiyədə prezidentliyə namizədin azı 4 illik ali savadı olmalıdır. Bildiyimiz kimi, İstanbul Universiteti İmamoğluna hələ 1990-cı ildə verdiyi diplomu qanunsuz elan edib. Səbəb kimi, İmamoğlunun təhsil aldığı özəl universitetdən İstanbul Universitetinə keçid zamanı qanunvericiliyin pozulması göstərilir.

— İmamoğlu beynəlxalq güclərin Türkiyədə yaşanan hadisələrə müdaxilə edə biləcəyinə ümid edib belə bir addım ata bilərdimi?

— Biz əvvəlki seçkilərdə ABŞ və AB-nin Ərdoğanın seçkilərdəki məğlubiyyət arzusu ilə yaşadıqlarını müşahidə etmişdik…

Razılaşın ki, hər halda İmamoğlunun həbsi ölkədə siyasi qüvvələr arasında qarşıdurmanın güclənməsinə səbəb olmaqla Türkiyənin maliyyə bazarlarına da artıq ciddi təsirini göstərib!

Təəssüf ki, bu belədir. Türkiyədə etiraz aksiyaları başlayandan ölkənin Mərkəzi Bankının yerli bazarlarda satdığı valyutanın həcmi 26 milyard dolları ötüb. Polis əməliyyatlarının başladığı gün (19 mart) ölkədən 15 milyard dollar kapital çıxışı baş verib…

Ölkənin vətəndaş qarşıdurmasına sürüklənməməsi üçün ümid edirik ki, Ərdoğan iqtidarı qanunvericilik səviyyəsində hansı addımlar lazımdırsa, onları edəcək. Etiraz mitinqləri davam etdikcə, ölkənin vətəndaş qarşıdurması xaosuna sürüklənməsi ehtimalı var ki, bu da ancaq Türkiyənin düşmənlərini məmnun edəcək.

Söhbətləşdi: Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Mart 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri