Icma.az
close
up
RU
Türkiyədə baş verənlər pərdəarxası: ABŞ və İngiltərənin geosiyasi toqquşması SENSASİON

Türkiyədə baş verənlər pərdəarxası: ABŞ və İngiltərənin geosiyasi toqquşması SENSASİON

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Son 10 gündür Türkiyədə ictimai-siyasi proseslər özünün ən pik həddini yaşayır. İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun saxlanılması fonunda etiraz aksiyaları davam edir. Olduqca geniş vüsət alan etirazlar fonunda yerli və xarici mediada AKP-CHP tərəfdarları arasında da gərginlik göz önündədir.

İmamoğlunun həbsi, keçirilən aksiyalar fonunda Türkiyədə baş verən proseslər nədən xəbər verir?

Globalinfo.az-a danışan siyasi şərhçi Elçin Alıoğlu deyib ki, İmamoğlunun həbsi birmənalı hadisə deyil:

“Bu illərdən bəri davam edən proseslər fonunda baş verib. İmamoğlunun niyə həbs olunduğunu bilmək üçün CHP-nin son illərdə göstərdiyi fəaliyyəti nəzərə almalıyıq. CHP-nin 44 günlük Vətən müharibəsində Azərbaycanla bağlı tutduğu yanlış mövqeyi, həmin partiyanın sabiq sədri Kamal Kılıçdaroğlunun illər boyu Azərbaycana qarşı soyuq münasibətini kənara qoyub baş verənlərə geniş aspektdən baxmaq lazımdır. Türkiyə ərazisində iki böyük geosiyasi gücün toqquşmasını müşahidə edirik. Bunlar ABŞ və Böyük Britaniyadır. ABŞ lideri Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında çox yaxın münasibətlər var. Lakin buna rəğmən ABŞ həmişə CHP-ni dəstəkləyib. Türkiyədəki daxili siyasi proseslərə müdaxilə, xarici siyasətə təzyiq elementi kimi CHP-dən hər zaman istifadə edilib.
Böyük Britaniya isə birmənalı olaraq AKP-ni dəstəkləyir. CHP sədri Özgül Özəl “The Guardian”qəzetinə verdiyi müsahibəsində açıq şəkildə bildirdi ki, CHP Britaniyadan narazıdır. Əvvəlki qədər güclü dəstək göstərilmir.
İmamoğlunun həbsi isə qaçılmaz idi. Martın 19-da onun saxlanılması, terror təşkilatları ilə əməkdaşlığı haqqında irəli sürülən ittihamnamələr və s. kimi hadisələr sürətlə inkişaf etdi. Açığı, İmamoğlunun terror təşkilatları ilə əməkdaşlığına, onlara dəstək verməsinə inanmadığımı həmin gündən etibarən bildirdim. Bu, uydurma ittiham idi. Belə də oldu. Məhkəmə həmin ittihamnaməni ləğv etdi. Əkrəm İmamoğlu ilə yanaşı 100-ə yaxın şəxs saxlanıldı. Onların arasında mühüm əhəmiyyətli şəxslər var”.

Siyasi şərhçinin sözlərinə görə, İmamoğlunun həbs edilməsinin müəyyən səbəbləri olmamış deyil:

“Burada əsas problem Türkiyədə baş verən proseslərə xaricdən olan təzyiqlərdir. Bu gün sosial şəbəkələrdə İmamoğlu və Ərdoğan tərəfdarları arasında çox ciddi bir qarşıdurma gedir. Biz Türkiyə ilə bir millət, iki dövlətik. Orada baş verən prosesləri diqqətlə izləyirik. Lakin bir neçə məqamı nəzərdən qaçırmamalıyıq. İmamoğlunun tutulmasında ancaq siyasi motiv axtaranlar yanılırlar. Çünki onun rəhbərlik etdiyi mediada külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktları mövcuddur. Bu çoxdan deyilirdi. Məsələn, Avropa banklarının İstanbul metropoliten şəbəkəsinin genişləndirilməsi üçün ayırdığı 265 milyon avro kreditin taleyi hələ də bilinmir. Bu pulların hara getdiyi məlum deyil. Digər tərəfdən İmamoğlunun mer olduğu zamanlarda İstanbul bələdiyyəsində yaradılmış bir sıra media və digər şirkətlərin 10 milyonlarla avroluq xərcləmələrinin hara getdiyi bilinmir. İmamoğlu tərəfdarları İmamoğlu ailəsinin 3 nəsildir ki, iş adamı olduğunu bildirirlər. Lakin bu, dövlət vəsaitinin mənimsənilməsinə haqq qazandırmır. İmamoğlunun tutulmasından sonra Türkiyənin bir sıra şəhərlərində geniş miqyaslı aksiyalar başladı. Bu etirazlar hələ də davam edir. Rəsmi məlumatlara görə, aksiyalarda qanun pozuntularına görə, 1400-dən çox insan saxlanılıb”.

Elçin Alıoğlunun sözlərinə görə, Əkrəm İmamoğlu özünü növbəti prezident seçkilərinə hazırlayır və Türkiyənin növbəti prezidenti kimi görür:

“CHP-nin əvvəlki fövqəladə konqresində prezidentliyə namizədlər irəli sürüləndə Kamal Kılıçdaroğluna təxminən 25 milyon yığılmışdı, İmamoğlunun namizədliyinə isə 15 milyon səs toplandı. CHP bunu böyük bir qələbə kimi qələmə verib. İmamoğlunun yüksək rütbəli tərəfdarlarının heç biri korrupsiya və dövlət əmlakının mənimsənilməsi ilə bağlı ittihamlara dəqiq cavab vermir. Ancaq “Ərdoğan diktatordur” tərzində fikirlər səsləndirilir. 2022-ci ilin dekabrında İmamoğlunun 2 il 7 ay 15 gün müddətində həbs edilməsi ilə bağlı qərar verilmişdi. O, Türkiyə Yüksək Seçim Qurumunun mənsublarını təhqir etməkdə günahlandırılırdı. Həmçinin onun siyasi fəaliyyətinə də qadağa qoyulmuşdu. İmamoğlu həmin vaxt bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylunun etdiyini vurğulayırdı. Martın 19-da baş verən həbsin də siyasi motivli olduğunu iddia edirlər. Bunu Qərb birmənalı olaraq Türkiyə müxalifətinin əzilməsi, təqiblərə məruz qalması kimi qiymətləndirir. Bu niyə baş verdi? Niyə birdən-birə Türkiyəyə qarşı belə geniş cəbhədə siyasi mexanizm quruldu? Ona görə ki, Türkiyə Suriyada aktiv söz sahibinə çevrildi. Türk Dövlətləri Təşkilatını adi təşkilat kimi deyil, tükdilli dövlətlərin maliyyə, mədəni, iqtisadi, maliyyə, bank və digər sahələrdə birləşdirən əsas güc kimi tanıdı. Türk dövlətlərinin vahid əlifbası ilə bağlı qərar qəbul edildi. Rəsmi Ankaranın ABŞ və Böyük Britaniya ilə münasibətləri normallaşmağa başladı. Türkiyəni zəif sayıb, görməzdən gələnlərin nəzərinə çatdırmaq istəyirəm ki, Türkiyə NATO-da ABŞ-dan sonra ikinci böyük orduya malikdir. İsrail və Ankara arasında hərbi qarşıdurmanın olmasını istəyən güclərin sayı artıb. Azərbaycanla münasibətlərin də korlanmasında maraqlı olan qüvvələr var. Bir neçə türk jurnalistin İrəvana gedərək Ermənistan Baş naziri Nikol Pşainyan və digər şəxslərlə görüşüb müsahibələr alması Türkiyənin razılığı ilə olmuşdu. Prosesdən ən çox həzz alan və reklam edən isə CHP oldu. CHP dəstəkləyənlərdən soruşmaq istəyirəm: təsəvvür edin, bir neçə azərbaycanlı jurnalist Cənubi Kiprə gedir və orada yunan siyasətçiləri ilə görüşlər keçirir, müsahibələr alır. Türkiyədə buna münasibət necə olardı?”.

Siyasi şərhçi Əkrəm İmamoğlunun Azərbaycanı çox sevdiyi ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib:

“Onun prezident olmaq istəyi də tamamilə normaldır. İmamoğlu müxalifətin təmsilçisidir və prezident olmaq istəyir. Ona görə də müəyyən qədər tərəfdarı var. Lakin siyasi fəaliyyət, mübarizə müəyyən çərçivələr daxilində olmalıdır. Problemli məsələlərin həllində hakimiyyətin atdığı addımlar qara fonda qələmə verilməməlidir. Türkiyə demokratik ölkədir, məhkəmələrin ədalətinə İmamoğlunun özü belə şübhə etmir. Məsələni ifrat dərəcədə siyasiləşdirərək prosesi Ərdoğana qarşı çevirmək yanlışdır. Doğrudur, Ərdoğan neçənci səlahiyyət müddətidir ki, ölkəni idarə edir, hakimiyyətdə olan AKP qalib gəlmək üçün administrativ resurslardan istifadə edib. Bunu demokratiyaya qəsd kimi qələmə verirlər. Lakin bu təcrübə demək olar ki, bir çox böyük ölkələrdə var. Burada əsas diqqət yetirilməli olan məsələ Azərbaycan, Türkiyə, Britaniya, Pakistan iş birliyini pozmaq istiqamətində atılan addımlardır. Bu siyahıya Fransa, ABŞ, İsrail və s. kimi ölkələrin adların çəkmək olar. İndiki dövrdə tələb olunan əsas məsələ soyuqqanlı, ayıq olmaqdır. Emosiyalara qapılıb sosial şəbəkələrdə istədiyimizi yaza bilərik. Bu, şəxsi fikirlərimizdir. Lakin bu emosiyaları siyasət müstəvisinə gətirməyin böyük fəsadları var. CHP indi bununla məşğuldur”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Mart 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri