Türkiyədə bunu da gördük! Oyun gedəgedə qurban kəsdilər
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Qeyri-adi olaylarla zəngin olan Türkiyə futbolunda ağızları açıq buraxan və hər kəsin böyük təəccübünə səbəb olan daha bir hadisə yaşandı.
2-ci liqanın, yəni 3-cü divizionun qırmızı qrupunun 14-cü turunda ''Vanspor'' öz meydanında ''Karacabəy Bələdiyəspor'u qəbul etdi.
Bu oyunun gedişində telefonla çəkilən və sosial şəbəkələrdə yayılan bir videoda qapı arxasındakı geniş ərazidə qurban kəsildiyi görünür. Oyun gedə-gedə qapı arxasında 3 nəfərin qurban kəsməsi sosial şəbəkələrdə böyük maraq və təəccüblə qarşılanıb.
Qurbanın nə üçün kəsildiyi barədə məlumat olmasa da, ''Vanspor'' oyunun son anlarında vurduğu 2 qolla 2:0 hesablı qələbə qazanıb!
ƏLİ
Baxış sayı:111
Bu xəbər 03 Dekabr 2024 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















