Icma.az
close
up
RU
Türkiyədə daha bir hay küylü HƏBS

Türkiyədə daha bir hay küylü HƏBS

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Türkiyənin tanınmış vəkillərindən olan Rezan Epözdemir İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılıb.

Musavat.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin gündəmində olmuş mühüm məhkəmə işləri ilə tanınan Epözdemirə “rüşvət vermək”, “siyasi və hərbi casusluq” və “FETÖ-yə yardım” ittihamlarının irəli sürüldüyü bildirilir.

Onun Londona getmək ərəfəsində yaxalandığı məlum olub.

Qəzetin iddiasına görə, Epözdemir CHP–CIA–MOSSAD görüşlərinin masasında yer alan şəxslərdən biri kimi göstərilib. O, FETÖ-dən İsrailə uzanan bir sıra qaranlıq əlaqələri, hakim və prokurorlara rüşvət verilməsi, məhkəmə və media üzərində təsir imkanlarından istifadə etməsi ilə gündəmə gəlib.

Qeyd edək ki, Rezan Epözdemirin evində və İstanbulun Levent məhəlləsində yerləşən ofisində Maliyyə və Terrorla Mübarizə Şöbələrinin əməkdaşları tərəfindən axtarış aparılıb. Bir neçə polis maşını uzun müddət onun hüquq bürosunun qarşısında dayanıb. Axtarış saat 09:15 radələrində başa çatıb.

Epözdemirin ofisində aparılan axtarışlar zamanı təxminən 150 min ABŞ dolları məbləğində nağd pul, müxtəlif sənədlər və rəqəmsal materiallar ələ keçirilib.

Xəbərdə deyilir ki, Rezan Epözdemir əvvəllər CIA–CHP–MOSSAD formatında keçirilən görüşlərdə çəkilən görüntülərdə yer alıbmış. İstanbulda keçirilən görüşdə MOSSAD agenti Dan Arbell və CIA əməkdaşı Rubinlə eyni masada oturması diqqət çəkib. 2023-cü il seçkiləri ərəfəsində o, CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyini açıq şəkildə dəstəkləyib. Onun İsrail səfirliyinin bəzi məhkəmə işlərini icra etdiyi də iddialar arasındadır.

Epözdemir barəsindəki rüşvət ittihamları A.D. adlı şahidin ifadələri, həmçinin “WhatsApp” yazışmaları və telefon (HTS/Baz) qeydlərinə əsaslanır.

İstintaq materiallarına görə, 2021-ci ildə, vəkalət əlaqəsi olmayan bir işdə Epözdemir və C.Ç. adlı şəxs bir məhbusun azadlığa buraxılması üçün əvvəlcə 75 min dollar, daha sonra isə əlavə 75 min dollar olmaqla ümumilikdə 150 min dollar rüşvət alıblar. İlk 75 min dollar azadlığa buraxılmadan əvvəl, qalan 75 min dollar isə sonradan verilib. Şahidin ifadəsinə əsasən, ilk hissə 7 iyul 2021-ci ildə C.Ç. tərəfindən A.D.-nin ünvanından götürülərək Epözdemirə çatdırılıb.

Epözdemir və C.Ç.-nin telefon baz qeydlərinin araşdırılması zamanı C.Ç.-nin 8 iyul 2021-ci ildə A.D.-nin ünvanına getdiyi və sonradan Epözdemir ilə eyni baza düşdüyü müəyyən edilib. Həmin görüşdən sonra 9 iyul 2021 tarixli, biri 1 milyon 560 min lirə, digəri isə 930 min lirə məbləğində iki senedin tərtib edildiyi və bunun rüşvət qarşılığında C.Ç.-də qalan pulun əvəzində Epözdemirə verildiyi iddia edilir.

Bundan əlavə, “WhatsApp” yazışmalarının da 7 iyul 2021-ci ildə 75 min dollar rüşvətin alındığını təsdiqlədiyi irəli sürülür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 11 Avqust 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri