Türkiyədə dəniz kənarında əyləşən kişini dalğa apardı VİDEO
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin Arnavutköy Karaburun çimərliyində bədbəxt hadisə baş verib. Sahildə arxası dənizə tərəf əyləşən kişini dalğalar sürükləyərək aparıb və o, həyatını itirib.
Moderator.az bildirir ki, bu barədə oxu.az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, Başakşehir sakini olan 58 yaşlı Nurettin Çırak iki dostu ilə birlikdə dəniz kənarında dincəlmək üçün Karaburuna gedib. Bir müddət sonra arxası sahilə doğru oturan kişini dalğa vurub və o, sulara qərq olub.
Yaxınlıqda olan iki nəfərin köməyilə Çırak huşsuz vəziyyətdə sudan çıxarılıb. O, hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq, Nurettin Çırakın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Sahil Mühafizəsi Komandanlığı araşdırmaya başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 31 Avqust 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















