Icma.az
close
up
RU
Türkiyədə ən çox axtarılan telefon nömrəsi bəlli oldu

Türkiyədə ən çox axtarılan telefon nömrəsi bəlli oldu

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə ən çox axtarılan qısa nömrələr məlum olub.

Sherg.az xəbər verir ki, İnformasiya Texnologiyaları və Əlaqə Qurumunun (BTK) “Elektron Rabitə Sektoru Hesabatı”ndan vətəndaşların ən çox zəng etdiyi, ən qısa və ən uzun danışıq apardığı qısa nömrələrə dair məlumatlar toplanıb.


ƏN ÇOX 182-YƏ ZƏNG EDİLİB

Hesabata əsasən, Türkiyədə fəaliyyət göstərən üç mobil operatorun məlumatlarına görə, ilin ikinci rübündə xəstəxanalardan görüş (randevu) almaq üçün istifadə edilən 182 nömrəsi ən çox axtarılan nömrə olub.

Mərkəzi Xəstəxana Görüş Sistemi üçün orta zəng müddəti Turkcell-də 267 saniyə, TT Mobil-də 271 saniyə, Vodafone-da isə 266 saniyə təşkil edib.


Turkcell və TT Mobil abunəçiləri arasında 182-dən sonra ən çox axtarılan nömrə 112 Təcili Çağrı Mərkəzi olub.

Vodafone abunəçiləri arasında isə ikinci yerdə 186 (Elektrik nasazlığı) xətti qərarlaşıb.


Operatorlar üzrə ən çox axtarılan beş qısa nömrə bunlardır:

182 (Mərkəzi Xəstəxana Görüş Sistemi)

112 (Təcili Çağrı Mərkəzi)

185 (Su nasazlığı)

153 (Alo Bələdiyyə/Zabıta/Xüsusi xidmətlər)

170 (Əmək və Sosial Müdafiə Əlaqə Mərkəzi)


ƏN QISA DANIŞIQ 112 İLƏ OLUB


Vətəndaşlar qısa nömrələrə etdikləri zənglərdə ən uzun danışıqları 170 (Əmək və Sosial Müdafiə Əlaqə Mərkəzi) ilə aparıblar.

Bu xətt üzrə orta zəng müddəti TT Mobil-də 337 saniyə, Vodafone-da 331 saniyə olub.

Əmək və Sosial Müdafiə ilə bağlı iş vaxtı, məzuniyyət və maaş suallarının ünvanlandığı 170 xətti, Turkcell abunəçiləri arasında ən çox axtarılan beş nömrə sırasına daxil olmayıb.

Turkcell-də isə ən uzun orta danışıq müddəti 267 saniyə ilə xəstəxana görüş xətti (182) olub.


Hər üç operator üzrə ən qısa danışıq müddəti 112 xəttində qeydə alınıb:

Turkcell və TT Mobil-də 62 saniyə,

Vodafone-da 76 saniyə.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:710
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri