Türkiyədə evlilik krediti saxtarlığı ilə bağlı Nazirlikdən xəbərdarlıq
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi vətəndaşlara evlilik krediti adı ilə edilən saxtakarlıqlara qarşı xəbərdarlıq edib.
Xalqcəbhəsi.az “Demirören” Xəbər Agentliyinə istinadən bildirir ki, Nazirliyin sosial media hesabından edilən açıqlamada "Dələduzluq cəhdlərinə qarşı diqqətli olun. Son günlər evlilik krediti adı ilə vətəndaşlarımızı aldatmaq cəhdləri aşkarlanıb. Müraciətlər rəsmi saytlardan başqa heç bir link vasitəsilə edilmir. Evlilik kreditinə müraciət və ya kreditin ödənilməsi mərhələsində heç bir rüsum tələb olunmur. Lütfən, şəxsi məlumatlarınızı qoruyun və fırıldaqçılardan ehtiyatlı olun. Nazirliyimiz bütün bu kimi saxtakarlıqlara qarşı qanuni proseslərə başlayıb” deyə qeyd edilib.
Baxış sayı:127
Bu xəbər 06 Mart 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















