Icma.az
close
up
RU
Türkiyədə fəlakətin mərkəzi dəyişdi: 6 ay vaxt var Bakı üçün həyəcan təbili

Türkiyədə fəlakətin mərkəzi dəyişdi: 6 ay vaxt var Bakı üçün həyəcan təbili

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Türkiyənin ən böyük şəhəri İstanbulda 23 aprel – Milli suverenlik və Uşaq Bayramı günü baş verən güclü zəlzələ insanları ciddi təşvişə salıb. Zəlzələdən sonra yaranan yeraltı təkanlar davam etməkdədir. Bəzi insanlar hələ də parklarda çadır quraraq gecələyir.

Bu cür narahatlığa səbəb həm də yaxın keçmişdə – 2023-cü il 6 fevralda qardaş ölkədə ciddi tələfatlarla nəticələnən dağıdıcı zəlzələnin baş verməsidir. Eyni zamanda həmin vaxt milyonlarla insanın ölümünə səbəb olacağı iddia edilən “Böyük İstanbul” zəlzələsinin proqnozu verilmişdi ki, bu da şəhər sakinlərinin narahatlığını artırıb.

Türkiyəli geofizika mühəndisi, seysmoloq professor Ali Osman Öncel Globalinfo.az-a açıqlamasında bildirib ki, İstanbuldakı 6,2 ballıq zəlzələ Şimali Anadolu qırılma xəttinin şərq seqmentlərində, yəni İstanbuldan xeyli uzaq bir ərazidə baş verib:

“Halbuki, “Böyük İstanbul zəlzələsi” Mərmərə dənizi daxilindəki seqmentlərdə, yəni qırılma xəttinin qərb hissəsində baş verəcək enerji boşalması ilə bağlıdır. Ona görə də dünənki zəlzələnin Mərmərədə gözlənilən böyük zəlzələ ilə birbaşa əlaqəsi yoxdur. “Böyük İstanbul” zəlzələsinə təkan verməsi gözlənilən ərazi, qırılma xəttinin şərq hissəsində, xüsusilə də qapalı bölgəyə yaxın bir yer olacaq”.


Ali Osman Öncel

Ekspertin sözlərinə görə, bu zəlzələdən sonra baş verən təkanlar Qardner və Knopoffun (1974) pəncərə metodu çərçivəsində qiymətləndirildikdə, aşağıdakı proqnozu vermək olar:

“6,2 bal gücündə zəlzələnin afterşokları adətən ilk bir neçə həftə ərzində intensiv olur, lakin onların maqnitudaları getdikcə azalır. Qardner və Knopoffun araşdırmasına görə, belə maqnitudalı afterşoklar ilk 2-3 həftə ərzində yüksək tezlikdə baş verir və sonra onların tezliyi sürətlə azalır. Bu müddət ərzində maqnitudalar 4,0 ilə 5,0 arasında dəyişə bilər. Bir neçə ay ərzində maqnitudalar 2,0-3,0 civarında azalır və afterşoklar davam edir. Bunlar 2-3 ay ərzində çox nadir halda baş verir.

6,2 bal gücündə zəlzələdə yeraltı təkanların daha kiçik maqnitudalarla (2,0-2,5 bal gücündə) 6-12 ay davam etməsi gözləniləndir. Bu o deməkdir ki, afterşoklar daha az sayda və az bal gücündə olacaq. Zəlzələ bölgəsində təkanların müddətini proqnozlaşdırmaq mümkün olsa da, belə hesablamalar regional xüsusiyyətlər və yerli şəraitdən asılı olaraq dəyişə bilər.

Zəlzələ zamanı sakit olmaq, təhlükəsiz əraziyə üz tutmaq, qapı-pəncərə kimi təhlükəli yerlərdən uzaq durmaq, struktur cəhətdən sağlam yerlərdə qalmaq lazımdır”.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan seysmoloq Ənvər Əliyev isə bildirib ki, hazırda Ərəbistan yarımadasının bir hissəsi Xəzər dənizi ilə Qara dəniz arasında sıxmağa başlayır, bu da müxtəlif bölgələrdə fasilələrlə zəlzələyə səbəb olur:

“İstanbulda və daha əvvəl isə Yunanıstanda baş verən zəlzələlər həmin prosesin nəticəsidir. Türkiyədə və Azərbaycanda, həmçinin Alp-Himalay qırışıqlığının tektonik sahələrində yerləşən müsəlman ölkələrində binaların tikintisi ciddi nəzarət altında həyata keçirilməlidir:

19-cu əsrin sonu neft bumu ilə əlaqədar Bakı şəhərinə kütləvi şəkildə axın oldu. Birinci Qarabağ müharibəsindən sonra isə məcburi köçkünlərin axını baş verdi. Bu zaman binalar qeyri-standart formada tikildi. Bakıdakı memarlıq abidələrinin vəziyyətinə baxdıqda demək olar ki, burada güclü zəlzələlər olmayıb.

Azərbaycanda binaların hazırlığı və zəlzələyə davamlılığına Fövqəladə Hallar Nazirliyinin nəzdində fəaliyyət göstərən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi nəzarət edir. Bəzi mütəxəssislərin fikrincə, paytaxtda binalar zəlzələyə davamlılıq baxımdan yararlı deyil. Bir dəfə Sumqayıtda kran bina ilə bərabər uçdu Statistika Komitəsinin qarşısında da bir bina dağıldı. Əvvəla, binalar həddindən artıq sıx yerləşir. Biri uçsa domino effekti ilə digərləri də avtomatik çökəcək. Ona görə də binaların hündürlüyünə müvafiq olaraq onların ətrafı boş qalmalıdır. Silkələnmə olarsa, həyətdə insanların toplanması üçün yer yoxdur. Yüksəklikdən düşən kiçik bir daş belə insanı məhv edə bilər. Hətta şəhərdən çıxmaq da problemdir. Bakı şəhərində  milyondan artıq avtomobil var”.


Seysmoloq Ənvər Əliyev

Ekspert qeyd edib ki, zəlzələni öncədən dəqiqliklə söyləmək mümkün deyil:

“Zəlzələ ani şəkildə baş verən, saniyələr ərzində davam edən çox amansız bir təbiət hadisəsidir. Xüsusilə hündür binalarda problem yaranır. Lift ani silkələnmədə funksiyasını itirir. Zəlzələ anında binanın beton sütunlarına arxanı söykəyərək və uşaq varsa onu qucağına alaraq iki sütunun arasında dayanmaq olar.

Böyük şəhərlərdə xəritə əsasında digər ictimai iaşə obyektlərində yaşlılar, uşaqlar və hamilə qadınların toplanması üçün şərait yaradılmalıdır.

Sonradan orada xüsusi çadırlar qurma işinə də başlamaq olar. Bakı Şəhər İcra Hakimiyyəti bu yerləri siyahıda göstərməlidir və bu barədə marifləndirmə işi aparmalıdır”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Aprel 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri