Türkiyədə FETÖ ilə əlaqəsi olmaqda şübhəli bilinən 22 nəfər saxlanılıb AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İstanbul, 27 noyabr, Günel Karatepe, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələri (TSK) tərkibində FETÖ terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin İzmir şəhər Cümhuriyyət Baş Prokurorluğunun terror cinayətləri araşdırma bürosu tərəfindən aparılan tədqiqat nəticəsində FETÖ ilə əlaqəsi olması şübhəsi ilə 25 nəfərin saxlanılmasına qərar verilib. Bununla bağlı Türkiyədə aparılan genişmiqyaslı əməliyyat nəticəsində şübhəlilərdən 22-si saxlanılıb. Əməliyyatlar İzmirlə yanaşı, İstanbul və Ankara da daxil olmaqla, 11 vilayətdə icra aparılıb. Digər şübhəlilərin saxlanılması istiqamətində əməliyyat davam edir.
Araşdırılanlar arasında Türkiyə Silahlı Qüvvələri tərkibində terrorçular tərəfindən yaradılan qruplaşmada yer alan, hazırda vəzifədə olan və 2016-cı ildə ölkədə baş verən çevriliş cəhdindən sonra təşkilatla əlaqəsi kəsilən hərbçilər də var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 27 Noyabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















