Türkiyədə güclü leysan gözlənilir
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Türkiyənin böyük hissəsində oktyabrın 28-dən etibarən güclü leysan yağışlarının təsirli olacağı gözlənilir.
"Cebheinfo.az" xəbər verir ki, Türkiyə Meteorologiya Baş İdarəsi əlverişsiz hava şəraiti ilə əlaqədar 20 vilayət üçün sarı, Muğla vilayəti üçün isə narıncı xəbərdarlıq kodu elan edib.
Sarı xəbərdarlıq Adıyaman, Antalya, Aydın, Bingöl, Burdur, Denizli, Diyarbakır, Elazığ, Gaziantep, Isparta, İzmir, Kahramanmaraş, Malatya, Mardin, Mersin, Muğla, Şanlıurfa, Tunceli və Batman vilayətlərini əhatə edir.
Məlumata görə, oktyabrın 29-da Respublika Günü münasibətilə İstanbulda güclü leysan yağacağı, Ankarada isə yağışlı havanın davam edəcəyi gözlənilir. Bəzi bölgələrdə sel, subasma və güclü külək təhlükəsinin olduğu bildirilib.
Qeyd edək ki, sarı xəbərdarlıq potensial təhlükəli hava hadisələrini, narıncı xəbərdarlıq isə təhlükəli meteoroloji şəraitin gözlənildiyini bildirir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 28 Oktyabr 2026 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















