Türkiyədə gündəm olan toy 3 milyon avro xərcləndi
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyəli iş adamı Hakan Dəmirağın kiçik oğlu Ata Dəmirağ ailə həyatı qurub.
Milli.Az Axşam.az-a istinadla xəbər verir ki, Ata Dəmirağ Rana Akdağla İtaliyanın məşhur Komo gölü sahilində möhtəşəm toy mərasimi keçirib.
Üç gün davam edən toyda Türkiyə və xaricdən iş və işgüzar dairələrin, eləcə də tanınmış simaların nümayəndələri iştirak ediblər. Şənliklərin ilk günü qonaqlar Komonun məşhur "Villa d'Este" malikanəsində qarşılanıb.
Əsas toy mərasimi isə XVII əsrə aid tarixi Villa Pizzo malikanəsində baş tutub. Komo gölünə açılan mənzərəsi və botanika bağı ilə tanınan məkanda təşkil olunan gecədə xüsusi menyular, dəbdəbəli dekorasiyalar, möhtəşəm atəşfəşanlıq və gecəboyu davam edən əyləncə qonaqlara unudulmaz anlar yaşadıb.
Türkiyə mətbuatının yazdığına görə, dəbdəbəli toy mərasiminə təxminən 3 milyon avro (təxminən 6 milyon manat) xərcləndiyi iddia olunur.
Qeyd edək ki, Hakan Dəmirağ daha əvvəl böyük oğlu Kaan Dəmirağı Əslişah Alkoçlarla evləndirərək gündəmə gəlmişdi.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 06 Avqust 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















