Türkiyədə hava limanında insident Polislər yaralandı
Icma.az, Yenicag portalına istinadən məlumat yayır.
İzmir hava limanında iki bıçaqla silahlanmış şübhəlini zərərsizləşdirməyə çalışan dörd polis əməkdaşı yaralanıb.
Yenicag.az xəbər verir ki, İzmirin Adnan Menderes Hava Limanının Daxili Terminalında əlində iki bıçaq olan 45 yaşlı H.K-nı görən polis müdaxilə edib.
Şübhəlinin zərərsizləşdirilməsi zamanı baş verən dava-dalaş zamanı bir komissarı və üç polis əməkdaşı yüngül bıçaq xəsarətləri alıb. Zabitlər təcili yardımla Menderes Dövlət Xəstəxanasına aparılıb və müalicədən sonra evə buraxılıblar.
Nəzarətə alınan şübhəliyə qarşı “qəsdən bədənə xəsarət yetirmə” və “hüquq-mühafizə orqanı əməkdaşına müqavimət” ittihamları ilə məhkəmə prosesi başlanıb.
Şübhəlinin uzun müddətdir ki, ruhi sağlamlıq problemləri ilə əlaqədar müalicə aldığı və əqli cəhətdən qeyri-sabit olduğu bildirilib./unikal/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 08 İyul 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















