Icma.az
close
up
RU
Türkiyədə hərbi yönümlü təşkilatlarla görüşlər keçirilib

Türkiyədə hərbi yönümlü təşkilatlarla görüşlər keçirilib

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyədə səfərdə olan  “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Türkiyədə səfərdədir.

525.az xəbər verir ki, birlik sədri Türkiyədə hərbi yönümlü təşkilatlarda görüşlər keçirib.

Türkiyənin Ehtiyatda Olan Zabitlər Birliyinin sədri Ərdoğan Qaraquş və birliyin sədr müavini zamanında Azərbaycanda xidmət etmiş, polkovnik Gıyasettin Ersoyla birliyin mərkəzi qərargahında görüşdə Azərbaycan-Türkiyə hərbi əlaqələri və regionda baş verən son hadisələr müzakirə olunub.

Azərbaycan auditoriyasının hərbi ekspert kimi yaxşı tanıdığı Ərdoğan Qaraquş Azərbaycan ordusuyla qürur duyduğunu və Azərbaycan dövlətinin apardığı ordu quruluculuğu və beynəlxalq siyasəti yüksək qiymətləndirdiyini deyib.

Dünyanın müxtəlif regionlarında, xüsusən də Azərbaycvan və Türkiyənin yerləşdiyi Şərq regionunda çox ağır proseslərin getdi bir zamanda Azərbaycanda sabitliyin olmasının, dünyanın bütün ölkələri ilə normal münasibətlər qurmasının, eyni zamanda Ermənistanla aparılan sülh danışıqlarının və yaxın zamanda Zəngəzur dəhlizinin açılacağı təqdirdə nüfuzunun daha da artacağı xüsusi vurğulanıb.

Ərdoğan Qaraquş eyni zamanda dünyanın ən önəmli ölkələrindən birinə çevrilməsi istiqamətində həm iqtisadi, həm siyasi, həm hərbi, həm humanitar addımlar atan Azərbaycanın 44 günlük Vətən Müharibəsində və antiterror əməliyyatlarında qazandığı uğurları bir daha yada salıb.

Tərəflər Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın daha da güclənməsi istiqamətində atılan addımlar və eyni zamanda hərbi yönümlü təşkilatların əməkdaşlığını da yüksək səviyyədə davam edilməsinin sevindirici olduğunu bildiriblər.

Emin Həsənli qonaqpərvərliyə görə, təşəkkürünü bildirib və gələcəkdə bu əlaqələrin yüksələn xətlə davam etdiriləcəyini vurğulayıb.

Ehtiyatda Olan Gizirlər birliyinin mərkəzi ofisində olan Emin Həsənli Türkiyə və Azərbaycan ordusunda gizir heyətinin önəmini vurğulayıb.

Birliyin sədri Cahit Koca ilə söhbətində Türkiyədə Ömər Halis Dəmir, Azərbaycanda Mübariz İbrahimovun gənc nəsil üçün örnək olduğunu, onların qəhrəmanlığının qəlblərdə əbədi yaşadığını bildirib. Emin Həsənli bu iki qəhrəman gizirin hər iki dövlətin və hər iki xalqın ortaq dəyəri olduğunu xüsusi vurğulayıb.

Birlik sədri gələcəkdə də ehtiyatda olan Azərbaycan və Türkiyə gizirlərinin əməkdaşlığının daha da inkişaf etməsi üçün lazım olan tədbirlər görülməsi və qarşılıqlı səfərlərin təşkil olunması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Eyni zamanda qeyd olunub ki, səfərlər zamanı həm mərkəzi qərargahın, həm bölgələrdəki şöbələrin ziyarəti, isti qarşılanma münasibətlərin dərinləşməsində çox önəmlidir.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədiri Emin Həsənlinin görüşləri zamanı Türkiyədə təhsil alan fəal gənclər, “Bir Təbəsüm” birliyin sədri İbrahim İbrahimli və  “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi Türkiyə təmsilçiliyinin nümayəndəsi Ömər Hüseinzadə də iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Mart 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri