Türkiyədə iki zəlzələ: 40 dəqiqə fərqlə baş verdi KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə aprelin 26-da səhər saatlarında ard-arda iki zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı AFAD və Kandilli məlumatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, ilk yeraltı təkan saat 08:01-də Yedisu rayonunda qeydə alınıb. Zəlzələnin gücü 4,4 bal, dərinliyi isə 7 kilometr olub.
Təxminən 40 dəqiqə sonra, saat 08:41-də ikinci zəlzələ Sındırgı bölgəsində baş verib. Bu dəfə yeraltı təkanların gücü 3,1 bal, ocağının dərinliyi isə 14,93 kilometr təşkil edib.
Məlumata görə, hər iki zəlzələ ilə bağlı dağıntı və ya xəsarət alanlar barədə rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Türkiyə seysmik cəhətdən aktiv bölgədə yerləşdiyi üçün ölkədə tez-tez müxtəlif gücdə zəlzələlər qeydə alınır.
Baxış sayı:190
Bu xəbər 26 Aprel 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















