Icma.az
close
up
RU
Türkiyədə kürd azərbaycanlı qarşıdurmasında Rusiya izi Diqordakı qalmaqalın ilginc detalları

Türkiyədə kürd azərbaycanlı qarşıdurmasında Rusiya izi Diqordakı qalmaqalın ilginc detalları

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Globalinfo.az gündəm mövzularla bağlı Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlıdan müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

– “X” sosial şəbəkəsinin Türkiyə seqmentində yayılan səs yazısında Qars vilayətinin Diqor rayonunda azərbaycanlıların müxtəlif yollara yaşadıqları kənddən çıxarıldığı söylənib. Rəylərdə Türkiyənin şərq bölgəsindəki türk kəndlərində vəziyyətin uzun illərdir gərgin olduğunu, azərbaycanlılar da daxil bir çox türklərin kürdlər tərəfindən təhdid edildiyini, xoşagəlməz addımlarla üzləşdiyini bildiriblər. Yazanlar arasında həmin ərazidə yaşadığı və sırf bu məsələlərə görə ailəsi ilə birlikdə digər bölgələrə köçdüklərini bildirənlər də var. Qafar bəy, Qars vilayətinin Diqor bölgəsində yaşayan azərbaycanlılar haqda nə məlumdur? 

– Qars ən qədim türk məskənlərindən biri olmaqla yanaşı, Azərbaycan türklərinin bu ərazidə tarixini bildirmək bir az çətindir. Çünki bu ərazi hər zaman Azərbaycan coğrafiyası hesab olunub. Mənim “Qars” adlı kitabımda Azərbaycan türklərinin mücadiləsini, yaşam tərzini, adət-ənənələrini qələmə almağa çalışmışam. Belə demək olarsa, Qarssız Azərbaycan mümkün deyil. 1918-ci ildə Cümhuriyyət elan olunandan bir il sonra Qarsda Cənub Qərbi Qafqaz Respublikası elan olundu və bu, ikinci Azərbaycan Cümhuriyyəti hesab olunurdu.

1878-ci ildə ruslar tərəfindən işğal edilmiş Qars, Batum və Ərdəhan Rusiyaya birləşdirilmişdi və burada əhalinin demoqrafiyası dəyişdirilməyə cəhd edilmişdi. Qars ərazisinə “malakan” əhali köçürülmüş, ermənilər yerləşdirilmişdi. Həmin vaxtdan kürd əhalisinin də Qarsa gəlişinin təməlləri atılıb. Kürdlərin bu coğrafiyada yaşama tarixi 100 ildən çox deyil. Azərbaycanlılar indi də Qarsın əsas əhalisini təşkil edirlər. Bəzi hallarda azalma prosesi baş versə də, əhalinin əksəriyyəti başqa millətlər olsa da Azərbaycan türkləri əsas və yerli ünsür olaraq bu bölgədə varlar və olacaqlar. Qarsın bölgələri içində Diqor daha çox demoqrafik dəyişikliyə məruz qalmış bölgədir. Burada həqiqətən də kürdlərin sayı çoxdur. Lakin Diqorun bəzi kəndləri indiyə qədər də Azərbaycan türklərinin məskəni olaraq bilinməkdədir.

Sözügedən videoya gəlincə, bu, insanları qorxudub çıxarmaq, onların arasında ruh düşgünlüyü yaratmaq məqsədilə edilə bilər. Diqor bölgəsində əhalinin əksəriyyəti kürdlər olsa da orada yerli Azərbaycan türklərinin, tərəkəmələrin yaşaması faktdır. Burada saxtakarlığa yol veriblər. Azərbayanlıların sıxışdırılıb çıxarılması heç cür qəbul edilə bilməz. Hesab edirəm ki, Türkiyənin demoqrafik quruluşu ilə bağlı siyasətə ehtiyacı var. Çünki bu proseslər həmin bölgələrdə nüfuz sayının azalmasına və dövlətin əleyhinə digər ictimai-siyasi proseslərə səbəb ola bilər.

– Türkiyədə Novruz bayramını əsasən kürd toplum qeyd edir. Amma kürdlər özləri Novruza “Əcəm bayramı”, yəni türk bayramı deyirlər. Bu il bayram tədbirinə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təklif etdi ki, Novruz Türk dünyasının ümumi bayramı olsun. Türklərin Novruz bayramına sahiblənməsinin tarixi əhəmiyyəti nədir?

– Günümüzə qədər davam edən Novruz türklərin ortaq bayramı olub, amma Türkiyə coğrafiyasında buna uzun zaman sahib çıxılmayıb. Bu səbəbdən Novruz “Əcəm bayramı” və yaxud kürdlərə aid bayram kimi qəbul olunur. Amma 90-cı illərdən sonra bu bayrama sahib çıxılıb. İndi Türkiyənin bir çox yerlərində Novruz bayramını Azərbaycan qədər təntənə ilə qeyd edirlər. Türkiyə dövləti bu il də Novruz bayramı ilə bağlı yanaşma sərgilədi. Prezident Ərdoğan bu bayramın rəsmi olaraq qeyd olunacağını bəyan etdi. Ümidvarıq ki, gələn ildən Novruz dövlət bayramı elan ediləcək.

Qafar Çaxmaqlı 

– Azərbaycan televiziyasında Qərbi Azərbaycanla bağlı səslənən fikirlər Ermənistanda narahatlığa səbəb olub. Ermənistan parlamentinin sabiq deputatı, azərbaycanşünas alim, tarixçi Tatevik Ayrapetyan deyib ki, Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə həmin ərazilərə qayıdacağı vurğulanır: “Görünür, Qərbi Azərbaycana qayıdışla bağlı hazırlığa başlanıb. Bu, təəccüblü haldır”. 

Qafar bəy, azərbaycanlıların öz tarixi torpaqları haqda danışması erməniləri niyə narahat edir? 

– Ermənistanda Azərbaycan türklərinin öz tarixi vətənlərinə – Qərbi Azərbaycana qayıdışı ilə bağlı gündəlik müzakirələr gedir və bu müzakirələrin içərisində ermənilər “müəyyən təhlükələr”in olduğunu bildirirlər. Bu məsələdə hökumət tənqidə məruz qalır. Azərbaycan türklərinin öz dədə-baba yurduna qayıtmaq haqqı beynəlxalq haqdır. Buradan didərgin düşmüş əhalinin böyük əksəriyyəti öz doğma yurduna qayıtması üçün proseslərin sürətlənməsini gözləyir. Şübhəsiz ki, Azərbaycanın qərb bölgələrindən Naxçıvana açılacaq dəhliz bu prosesə təkan verə bilər. Çünki Azərbaycana yaxın ərazilərdə Qərbi azərbaycanlıların yerləşdirilməsi və ora köçürülməsi onların təhlükəsizliyi üçün də bir qarantiya ola bilər. Şübhəsiz ki, başqa ərazilərə də Azərbaycan türklərinin yerləşdirilməsi illər sürə bilər.

Ermənistan da təbii ki, buna qarşı çıxır. Ermənistan baş naziri səviyyəsində deyilir ki, bu məsələ heç vaxt müzakirə predmeti olmayacaq. Azərbaycanın bu məsələni ortaya atması Ermənistan ərazisinə iddia kimi səsləndirilir. Bu mənada təbii ki, Ermənistan bu prosesə mane olmağa çalışacaq. Amma Qərbi Azərbaycana dönüş ideyası mənim nəzərimdə hər zaman gündəmdə olmalıdır. Biz Qarabağa döndüyümüz kimi öz tarixi vətənimiz Qərbi Azərbaycana da dönə bilərik. Bu məsələ Ermənistanda bəzi şəxsləri narahat edə bilər və onların müxtəlif fikirlər səsləndirməsinin bizim üçün önəmi yoxdur. Fikrimcə, dönüş prosesi başlamışdır və bu prosesi reallaşdırmaq üçün əlimizdən gələn hər şeyi etməliyik.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Aprel 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri