Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Türkiyədə meşə yanğınları: Dövlətin səylərinə rəğmən, təhlükə hələ də qalır ANALİTİKA

Türkiyədə meşə yanğınları: Dövlətin səylərinə rəğmən, təhlükə hələ də qalır ANALİTİKA

Icma.az bildirir, Azertag portalına istinadən.

Ankara, 31 iyul, AZƏRTAC

Son illər yanğınsöndürmə briqadalarının texniki təminatını, yanğınsöndürən təyyarə parkını və yaşıl ərazilərə nəzarət sistemini xeyli gücləndirən Türkiyə dövlətinin səylərinə baxmayaraq, ölkədə meşə yanğınlarının sayı sürətlə artır, Anadolunun müxtəlif yerlərindən insan tələfatına səbəb olan faciələrlə bağlı xəbərlər gəlməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, təkcə son bir ayda meşə yanğınları zonasında Türkiyənin “ağciyərlərini” yanğından qorumağa çalışan könüllülər də daxil olmaqla 17 nəfər həlak olub. Bununla bağlı kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı həlak olan yanğınsöndürənlərin və könüllülərin xatirəsinə ağacların əkiləcəyi “Şəhidlər ormanı” yaradılması planlarını açıqlayıb.

Eyni zamanda, Türkiyə hakimiyyəti yanğınların əsas səbəbinin insan faktoru olduğunu qeyd edərək, ölkə vətəndaşlarını təbiətin qayğısına qalmağa çağırmaqda davam edir.

Prezident Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bəyan edib ki, Türkiyə xalqı indi ətraf mühitə etinasızlıq göstərdiyinə görə yüksək qiymət ödəməyə məcburdur. “Fakt budur ki, ilin əvvəlindən ölkəmizdə qeydə alınan 4247 meşə yanğınının 96 faizi insanlar tərəfindən törədilib”, – deyən Türkiyə lideri, habelə iyulun 28-də təxribat və meşələrin qəsdən yandırılması ehtimalını da irəli sürüb.

Eyni zamanda, Türkiyə Ədliyyə Nazirliyi demək olar ki, hər gün meşələri yandırmaqda şübhəli bilinən şəxslərin saxlanması barədə məlumat verir. Türkiyə Meşə Ümumi Müdirliyinin məlumatına görə, təkcə son 10 ildə ölkədə meşə yanğınlarının sayı iki dəfə artıb. Əgər 2015-2024-cü illərdə Türkiyədə orta hesabla 2,7 min meşə yanğını qeydə alınıb və 25 min hektardan çox orman sahəsinə ziyan dəyibsə, son iki ildə yanğınların sayı iki dəfə artıb.

Üstəlik, Türkiyənin yanğınsöndürmə aviasiya donanmasının 132 vahidə - 27 təyyarə və 105 helikopterə çatmasına və təyyarələrlə su toplama potensialının 73 min tondan 438 minə yüksəlməsinə baxmayaraq, zərər getdikcə artır.

Meşələrin daimi monitorinqinə 14 dron cəlb olunub. Müşahidələr, həmçinin 776 müşahidə qülləsindən istifadə etməklə həyata keçirilir ki, bu da yanğınları orta hesabla 2 dəqiqəyə müəyyən etməyə imkan verir və yanğınla mübarizə tədbirləri 10-11 dəqiqəyə başlayır.

Bununla yanaşı, Türkiyənin müxtəlif bölgələrində minlərlə texnika ilə yanğınsöndürmə briqadaları növbə çəkir. Yanğınla mübarizəyə hazır olan yanğınsöndürənlərin ümumi sayı 25 min nəfərə çatır. Onlara kömək etmək üçün 131 min könüllü ayrılıb.

Bu tədbirlərə baxmayaraq, ölüm halları, yaşayış məntəqələrinə ziyan dəyməsi faktları azalmır.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, təkcə 2025-ci il iyunun 1-dən iyulun sonunadək ölkənin 13 vilayətində meşə yanğınları nəticəsində 407 yaşayış binası, 17 ticarət obyekti və 96 yardımçı tikili tamamilə dağılıb və ya ciddi ziyan görüb. Evlərini itirmiş insanlar modul tipli binalarda yerləşdirilir.

Türkiyəli ekspertlərin fikrincə, təhlükənin artmasına səbəb kifayət qədər miqdarda alınmış avadanlıq çatışmazlığı deyil, təcrübəli mütəxəssislərin olmamasıdır.

Türkiyə böyüklüyündə bir ölkədə yanğınları effektiv şəkildə söndürmək üçün 70-80 təyyarə və helikopter kifayətdir. Ancaq fakt budur ki, dövlət bir konkret yanğını söndürmək üçün beş-altıdan artıq təyyarə və helikopter cəlb edə bilməz. Daha çox sayda təyyarə havada toqquşma təhlükəsi ilə əlaqələndirilir, buna görə alovlarla mübarizədə son söz həmişə yerdəki yanğınsöndürənlərə aiddir.

Bununla əlaqədar olaraq, yanğınsöndürənlərin hazırlanması və peşə vərdişlərinin artırılması üzrə fəal proqramların təşkili, həmçinin daimi fəaliyyət göstərən təlim mərkəzlərinin yaradılması çağırışları edilir. Xüsusi texnikası olmayan vətəndaşların yanğınların söndürülməsinə cəlb edilməsinin yolverilməz olduğu vurğulanır. Bundan əlavə, ekspertlər bildirirlər ki, meşə yanğınlarına qarşı mübarizə üzrə mərkəzləşdirilmiş strategiyanın tətbiqi zəruridir. Bu, qızmar yay mövsümü başlamazdan əvvəl qabaqlayıcı tədbirlərin görülməsinə imkan verəcək. Onların fikrincə, iqlim dəyişikliyi fonunda yerli səviyyədə əhalinin təbii fəlakətlərə hazırlanmasına kömək edəcək “Risk xəritələri”nin yaradılması da vacibdir. Məsələn, bir şəxs meşə yanğınları və ya sel suları üçün yüksək riskli zonada yaşayırsa, qanunla öz mənzilini qorumaq üçün əlavə tədbirlər görməyə borcludur. Dövlət bütün təhlükəsizlik şərtlərinə əməl etmiş şəxslərin vergi yükünü azaltmaqla bu prosesi stimullaşdıra bilər. Yəni insanların təbiətə münasibətini dəyişmək, təbii fəlakətlərə qarşı hazır cəmiyyətin formalaşmasına diqqət yetirmək vacibdir.

Bu məsələdə xüsusi ümidlər Azərbaycanda COP29-un nəticələri əsasında hazırlanmış və qəbul edilmiş Türkiyənin ilk “İqlim Qanunu” ilə bağlıdır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 İyul 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see221

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see204

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see191

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see191

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see182

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see178

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see162

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see160

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see154

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see154

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see148

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see147

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see145

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see144

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see144

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see143

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see142

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri