Türkiyədə məşhurların “narkotik işi” Media, siyasət və şou biznesi silkələyən qalmaqal
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son günlər Türkiyədə ən çox müzakirə olunan mövzulardan biri məşhurlar arasında narkotik vasitələrin dövriyyəsi və istifadəsinə qarşı aparılan genişmiqyaslı əməliyyatdır.
“AzPolitika” “Haqqin.az”a istinadla bildirir ki, prosesin ilk mərhələsi 8 oktyabr tarixində başlayıb və sosial şəbəkə fenomenləri, aktyorlar, aparıcılar və media nümayəndələrini əhatə edib.
İstanbul Baş Prokurorluğunun göstərişi ilə aparılan əməliyyat çərçivəsində Dilan Polat, Dərin Talu, Berrak Tüzünataç, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırım kimi tanınmış simalar saxlanılıb. Eyni gündə müğənni və aktrisalar Duygu Özəslen Mutaf, Demet Evgar Babataş, Mert Yazıcıoğlu, Zeynep Meriç Aral, Ceren Moray Orkan, Hadise Açıkgöz və Özge Özpirinçci Yamantürk barəsində aparılan istintaq isə onların qan analizlərində narkotik maddə aşkar edilmədiyinə görə dayandırılıb.
“Türkiyəli Eskobarın etiraları
Prosesin ikinci mərhələsi isə 9 dekabrda Türkiyə cəmiyyətində ciddi rezonans doğurub. Həmin gün narkotik maddələrlə bağlı ittihamla “Habertürk” telekanalının baş redaktoru Mehmet Akif Ersoy saxlanılıb.

10 dekabr tarixində məhkəmə qərarı ilə “Habertürk”-ün əməkdaşları Ufuk Tetik, Mustafa Manaz və Ebru Gülan da həbs olunub.
Həbslərdən əvvəl istintaq “Türkiyəli Eskobar” ləqəbi ilə tanınan, əyləncə sektorunda tədbir təşkilatçısı və sosial şəbəkə fenomeni Sercan Yaşarı saxlayıb. Məşhurların böyük hissəsinin məhz onun ifadələri əsasında tutulduğu bildirilir. 17 dekabrda Yaşar rəsmi şəkildə “etirafçı şahid” elan olunub və dövlətlə əməkdaşlığa başlayıb.

Bu mərhələdən sonra “Habertürk” və daha sonra “Show TV”-də çalışmış tanınmış aparıcı Ela Rümeysa Cebeci saxlanılıb. İstintaq zamanı Mehmet Akif Ersoy narkotik istifadə etmədiyini və ona qarşı irəli sürülən “qrup seks” ittihamlarının yalan olduğunu desə də, qan və saç analizləri Ersoy, Cebeci və bir neçə media nümayəndəsinin narkotik istifadə etdiyini təsdiqləyib.

Yerli KİV-lər yazır ki, Cebecinin telefonunda aşkar edilən materiallar işin gedişatında dönüş nöqtəsi olub. Telefon yazışmaları arasında bir çox tanınmış şəxslə intim məzmunlu dialoqların olduğu bildirilir. Xüsusilə “Fənərbaxça” futbol klubunun prezidenti Səadəddin Saranla olan yazışmalar diqqət çəkib. Yazışmalardan birində Saranın “o maddədən qalıbmı?” sualına Cebeci “haradan olsun, mən Eskobar deyiləm” cavabını verib.

Dindirilməyə çağırılan Saran şəxsi münasibəti təsdiqləsə də, narkotik istifadə etmədiyini bildirib və yazışmanın zarafat xarakterli olduğunu deyib. O, ölkədən çıxmamaq şərti ilə sərbəst buraxılıb, analizlərin nəticələri isə hələ də ekspertizadadır.
“Türkiyənin Epşteyn işi” və gizli klub
Türkiyə mediası qalmaqalı artıq “Türkiyənin Epşteyn işi” adlandırır. İddialara görə, Cebeci bir çox məmur, hakim və məşhur şəxslərlə intim görüşlərini videoya çəkib və istintaqla razılaşacağı təqdirdə bu materialları təqdim etməyə hazırdır.
22 dekabrda TGRT kanalında jurnalist Fuat Uğur daha bir sensasiyalı məlumat açıqlayıb. Onun sözlərinə görə, İstanbulun Etiler rayonunda “Kütüphane” adı altında fəaliyyət göstərən gizli elit gecə klubunun sahibi Ali Yaşar Koz həbs edilib.

Rəsmi olaraq kitab mağazası kimi görünən bu məkanın əslində narkotik alveri və fahişəliyin mərkəzi olduğu bildirilir. Uğur iddia edir ki, klubun real sahibi adı açıqlanmayan azərbaycanlı biznesmendir, sənədlərdə isə obyekt Kozun adına rəsmiləşdirilib.
Villa əyləncələri, axtarışda olan məşhurlar
İşdə adı keçən digər fiqur biznesmen Kasım Garipoğludur. Onun sürücüsü Ahmet Akçay istintaqa ifadə verərək Bosfor sahilində yerləşən villada hər 15 gündə narkotik məclislərinin keçirildiyini bildirib. İddialara görə, bu məclislərdə Şeyma Subaşı, Şevval Şahin və Dərin Talu da iştirak edib.

Hazırda Garipoğlu və ortağı Burak Ateş axtarışdadır. Şeyma Subaşı və Şevval Şahin barəsində də həbs orderi çıxarılıb. Müğənni Yusuf Güney könüllü olaraq istintaqa gedib və ifadədən sonra sərbəst buraxılıb. Aleyna Tilki, İrem Sak və bir sıra bloqerlərdən isə analiz nümunələri götürülüb.

Ekspertlər hesab edir ki, “məşhurların narkotik işi” yaxın günlərdə daha da genişlənəcək və təkcə şou-biznes deyil, media və müxtəlif vəzifələrdə çalışan şəxsləri də əhatə edə bilər.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 23 Dekabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















