Icma.az
close
up
RU
Türkiyədə olan Gültəkin Hacıbəyli həyəcanlandı və təhqirə keçdi

Türkiyədə olan Gültəkin Hacıbəyli həyəcanlandı və təhqirə keçdi

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Şura üzvü, sabiq deputat Gültəkin Hacıbəyli barəsində yayılan məlumata kəskin reaksiya verdi, halbuki AXCP sədri Əli Kərimlinin də adı eyni siyahıda hallanmışdı, buna baxmayaraq, Kərimli bu xüsusda sosial şəbəkə hesabında o informasiyanı yayan media qurumuna qarşı küfr səsləndirmədi.

Milli Şura üzvü Gültəkin Hacıbəyli isə adının Ramiz Mehdiyevin “Dövlət” Şurasında da çəkilməsindən yaman həyəcanlandı və qəribə şəkildə o informasiyanı yayan media qurumunu Ramiz Mehdiyevin adamı olmaqda ittiham etməyə çalışdı, həm də özünün uzun illər məhz sabiq PA rəhbəri tərəfindən təzyiqlərə məruz qoyulduğunu da vurğulamağı lazım bildi. Yəni bu böhtandır, özü Ramiz Mehdiyevin təzyiqinə məruz qalıb həmişə, məhkəmələrə də Mehdiyevin təlimatı əsasında çəkilib və s.

Daha uğurlu reaksiya verməsi üçün Gültəkin Hacıbəyli gərək həmkarlarından təlimat alaydı. Çünki səsləndirdiyi bütün iddialar hakim komandaya məxsus olan, Ramiz Mehdiyevlə adı hallanan şəxslər tərəfindən total şəkildə dilə gətirilən sözlərdir. Özlərini bu cür qorumağa çalışırlar və Gültəkin Hacıbəylinin də “eyni metoddan” istifadə etməsi bir qədər təəccüb yaradır. Axı G.Hacıbəyli indi, daha doğrusu, 2011-ci ildən müxalifətdədir və “həmkarları” əslində Şurada olanlardır - Milli Şuranı nəzərdə tuturuq. Bəs niyə rəqib saydığı tərəfin fikirlərindən istifadə edir?

Digər tərəfdən, Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevin təzyiqi altında illərdir yaşadığını deməsi də doğru deyil. Özünün “istinad etdiyi” kimi çıxmasın, amma bu ölkədə doğrudan da Gültəkin Hacıbəylinin məhz KİMİN (!!!) qəzəbinə tuş gəldiyini bilməyən şəxs yoxdur!

Gültəkin Hacıbəyli 2000 və 2005-ci illərdə, ardıcıl iki dönəm Milli Məclisin üzvü seçilib. Necə “seçilib”, Milli Məclisdə necə işləyib, seçicilərinə və xalqa münasibətdə necə fərqlənib - heç kəsin yaddından çıxmayıb, özü demiş, bunu da bu ölkədə bilməyən yoxdur.

Gültəkin Hacıbəyli tərcümeyi-halından və Vikipediyasından sildirsə də, özü demişkən, bu ölkədə hamı bilir ki, o, Prezident İlham Əliyevin seçkilərdə vəkili olub, onun qızğın təbliğatçısı kimi hər zaman seçilib. Gültəkin Hacıbəyli məhz İlham Əliyevin təbliğatında yer almasından məharətlə istifadə edib, özü haqqında “rəhbərə yaxın millət vəkili” imici formalaşdırmağa çalışıb və bunun sayəsində də icra strukturlarında çalışan məmurlardan imtiyazlar əldə edib: torpaqlar, əkin sahələri, ev, mülk, “ailə mirası” və s.

Onun MƏHZ (!!!) bu imicini formalaşdırmağa çalışması səbəbindən “ipi qırıldı” və siyasi karyerasının üzərindən xətt çəkildi. O qara və qalın “xətti” çəkən şəxsin isə Ramiz Mehdiyev deyil, kim olduğunu, Gültəkin Hacıbəylinin özü demişkən, bu ölkədə hər kəs çox yaxşı bilir.

O ki qaldı Gültəkin Hacıbəylinin ölkədən qaçması barədə medianın yazdığına verilən cavaba, bu da təəccüblüdür.

G.Hacıbəyli ölkədən qaçmadığını deyib. Toplum TV-yə danışıb, bildirib ki, sentyabrın 25-dən oğlunun təhsili ilə əlaqədar Türkiyədədir, lakin yaxın zamanda Azərbaycana qayıdacaq.

Həm də deyib ki, vətənində həbsxanada olmağı xaricə getməkdən üstün tutur.

Həqiqətən də əgər Ramiz Mehdiyev haqda ittiham 14 oktyabrda irəli sürülübsə, G.Hacıbəyli isə 25 sentyabrda Türkiyəyə gedibsə, onda hansı “qaçmaqdan” danışmaq olar ki!

Sadəcə, bir məsələ maraqlıdır. Gültəkin Hacıbəylinin oğlu Toğrul Mehdinin ölkədən çıxışına sabiq millət vəkilinin keçmiş həyat yoldaşı (uşağın atası) izn vermirdi. 12 mart 2021-ci ildə mediaya danışan G.Hacıbəyli dedi ki, məhkəmə bu qadağanı götürdü, artıq T.Mehdi ölkədən çıxa bilər.

T.Mehdi ilə bağlı bu qərarın verilməsi isə onun Almaniyada ali məktəb qazanması ilə əlaqədar idi. Yəqin ki, G.Hacıbəyli məhkəməyə Almaniyadan qəbul və orda seçilən universitetdən qeydiyyatdan keçdikləri haqda sənəd təqdim edibmiş. Mart ayında bunu necə əldə ediblər, bu ayrı məsələdir - fakt odur ki, 2004-cü il təvəllüdlü, 2021-ci ildə 17 yaşı olan və ölkədən çıxması üçün hər iki valideyninin icazəsi tələb edilən T.Mehdiyə atasının qoyduğu qadağanı məhkəmə məhz “Almaniyada universitet qazanması” səbəbindən ləğv etmişdi.

İndi isə bəlli olur ki, G.Hacıbəylinin oğlu Türkiyədə təhsil alır və bu səbəbdən də Gültəkin Hacıbəyli tez-tez Türkiyəyə gedir.

Doğrusu, hər kəsin şəxsi həyatı özünə aiddir, ancaq bir halda ki, G.Hacıbəylinin Türkiyəyə 25 sentyabrda, həm də oğlunun təhsili ilə bağlı getdiyi deyilirsə, gərək onun Almaniyada təhsil almamasının səbəbi də deyilsin, yoxsa insanlar çeşid-çeşid şübhələrə düşə bilər.

Digər tərəfdən, belə məlum olur ki, Gültəkin Hacıbəyli 1 ay 5 gündür oğlunun təhsili ilə əlaqədar Türkiyədədir. Ali məktəb tələbəsi, 21 yaşlı gəncin təhsili ilə bağlı 1 ay 5 gün nə etmək olar ki! Yenə ibtidai sinif olsaydı, çantasını daşımağa yardım edərdi...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 Oktyabr 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see159

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri