Icma.az
close
up
RU
Türkiyədə oxuyan azərbaycanlı qızın başına görün nə oyun açdılar VİDEO

Türkiyədə oxuyan azərbaycanlı qızın başına görün nə oyun açdılar VİDEO

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Türkiyədə ev kirayələmək istəyən azərbaycanlı tələbə dələduzluğun qurbanı olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, İstanbulun Beşiktaş rayonunda yerləşən evi 6 aylıq kirayələdiyini düşünən 24 yaşlı Səidə Kərimova ümumilikdə 8 min dollar məbləğində pul ödəyib. Lakin şəhərə gəldikdə nə evin, nə də “ev sahibinin” mövcud olmadığını görüb.

Təxminən iki ay sonra İstanbula gələn qız göstərilən ünvana getdikdə həmin evin olmadığını öyrənib. Ətrafdakı sakinlər və satıcılar da belə bir evin mövcud olmadığını bildiriblər. Kərimova dərhal polisə müraciət edib və hadisə ilə bağlı araşdırma başlanıb.

“Polisi çağıracağımı deyəndə bizi otelə yerləşdirdi”

Səidə Kərimova başına gələn hadisəni belə danışıb:

“Bahçeşehir Universitetində magistr təhsili alıram. Son 6 aylıq dövr üçün Beşiktaşda ev axtarırdım. Bir saytda elan gördüm, amma evi bir illik vermədiklərini dedilər. Sonra başqa bir evi 6 aylıq təklif etdilər və fotolarını göndərdilər. Evi bəyəndim və avqust ayında kirayələdim. Mənə ev sahibinin kart nömrəsini göndərdilər və pulu köçürdüm. Oktyabrın 1-də İstanbula gələndə, guya ev sahibinin gecikdiyini dedilər və bizi kafedə gözləməyə məcbur etdilər. 4 saat gözlədik, amma gələn olmadı. Polisi çağıracağımı deyəndə, həmin şəxs gəlib bizi bir otelə yerləşdirdi.

“Bizi bəhanələrlə aldatdı, pulu geri qaytarmadı”

Səidə Kərimova bildirib ki, pulu geri istədikdə həmin şəxs müxtəlif bəhanələrlə vaxt uzatmağa başlayıb: “Sonra dedi ki, ev sahibi Bodrumdadır, telefona cavab vermir. Səhəri gün isə ‘evin yıxılma qərarı çıxıb, ev sahibi evi sizə verə bilməz’ dedi. Bir neçə gün oteldə qaldıq. Daha sonra mənə yeni ev tapacağını və borcu ödəyəcəyini bildirdi. Amma pulu qaytarmadı, hər dəfə müxtəlif səbəblərlə vaxt qazandı. Artıq 12-13 gündür ki, bizi bu şəkildə aldadır”.

Kərimovanın sözlərinə görə, dələduz ona etibar qazandırmaq üçün öz vəsiqə şəklini göndərib: “Vəsiqəsinin şəklini göndərdi və dedi ki, ‘mən dələduz olsam bunu etmərəm’. Lakin onun soyadını IBAN sahibinin soyadı ilə tutuşduranda, eyni soyad olduğunu gördüm. Əvvəl dedi ki, pul ev sahibindədir, sonra dedi ki, özündədir. İndi isə ‘pulum yoxdur, qızıllarımı satıb qaytaracağam’ deyə bizi aldatmağa davam edir. Biz də artıq polisə rəsmi şikayət etmişik. Hazırda bir aylıq müddətə başqa bir mənzildə qalıram.”

Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Oktyabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri