Icma.az
close
up
RU
Türkiyədə qanunsuz şans oyunlarına görə məşhur simalar saxlanılıb: Azərbaycanda da oxşar vəziyyət narahatlıq doğurur

Türkiyədə qanunsuz şans oyunlarına görə məşhur simalar saxlanılıb: Azərbaycanda da oxşar vəziyyət narahatlıq doğurur

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstanbul Cumhuriyyət Prokurorluğu Türkiyədə qanunsuz şans oyunlarına təşviq edənlərə qarşı geniş əməliyyat keçirib. Məşhur müğənni Sərdar Ortaç, aparıcı Mehmet Ali Erbil və sosial media fenomenləri də daxil olmaqla 16 nəfər saxlanılıb. Öz açıqlamasında Sərdar Ortaç bu əməli ilə cəmiyyətə mənfi təsir göstərdiyini etiraf edib: “Bəlkə də fərqində olmadan insanlara pis nümunə oldum və cəmiyyətə yanlış örnək göstərdim.” Bu sözlər məşhurların təsir gücünün nə qədər əhəmiyyətli olduğunu göstərir.

Qanunsuz şans oyunlarına qarşı görülən bu tədbir, Türkiyədə olduğu kimi Azərbaycanda da oxşar problemlərin mövcud olduğunu gündəmə gətirir.

Azərbaycanda da bəzi məşhur simalar “1Xbet”, “Mostbet”, “Pin-up”, “10lineloto” kimi qanunsuz şans oyunlarının reklamında iştirak edir.

İdmançı Şükran Soltanov, aktyor Azər Aydəmir, influenserlər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova, eləcə də müğənnilər Damla, Elgün Hüseynov və Qumral kimi tanınmış şəxslərin sosial media vasitəsilə bu cür oyunları təbliğ etməsi, qanunsuz fəaliyyətlərə təkan verir və vətəndaşların aldanmasına şərait yaradır.

Azərbaycanda da qanunsuz şans oyunlarına qarşı mübarizə gücləndirilib və artıq bu sahədə bir sıra hüquqi tədbirlər görülüb. Ölkədə Daxili İşlər Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının apardığı əməliyyatlar nəticəsində qanunsuz şans oyun fəaliyyətində iştirak edənlər, o cümlədən belə fəaliyyətləri təşkil edən şəxslər saxlanılıb.

Bir neçə ay öncə bir sıra qanunsuz şans oyunu təşkilatçıları hüquqi məsuliyyətə cəlb edilib və onların qanunsuz əməliyyatlarına son qoyulub.

Qanunsuz şans oyun operatorlarının vergidən yayınma və dövriyyəni gizlətmə halları, dövlətə ciddi maliyyə ziyanı vurmaqla yanaşı, vətəndaşlar üçün də yüksək risklər yaradır. Bu qanunsuz platformalar sosial media üzərindən dələduzluq fəaliyyətlərini davam etdirərək insanları aldatmağa çalışırlar.

Bundan əlavə, bu cür fəaliyyətlərdə məsuliyyətli oyun standartlarının olmaması, iştirakçıların sosial və psixoloji sağlamlığı üçün də problemlər yaradır. 

Azərbaycanın hüquq-mühafizə orqanları isə qanunsuz şans oyunlarına qarşı mübarizə tədbirlərini gücləndirərək cəmiyyətin və dövlətin maraqlarını qorumağa davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 Noyabr 2024 00:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see165

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see124

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see122

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see118

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see117

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

09 İyun 2025 14:20see117

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see115

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see114

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see113

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see113

Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

09 İyun 2025 14:58see113

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see113

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see112

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see112

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see112

Ukrayna 700 yaşayış məntəqəsinin adını dəyişdirəcək

10 İyun 2025 07:32see112

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see111

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see111

Ekspert: Maskla münaqişə ABŞ ın orbit qruplaşmasını yerləşdirməsini çətinləşdirə bilər

10 İyun 2025 07:41see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri