Üç futbolçu həbs olundu Türkiyədə mərc qalmaqalı böyüyür
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstanbul Baş Prokurorluğunun futbolda qanunsuz mərc üzrə apardığı istintaq çərçivəsində “Fənərbaxça”lı Mərd Hakan Yandaş, İsmayıl Yüksək və “Qalatasaray” Metexan Baltaçı barədə həbs qərar verilib.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, Maliyyə Cinayətlərini Araşdırma Qurumunun (MASAK) təhqiqatına əsasən, Mərd Yandaşın hesablarında 2017-dən bu yana yüz milyonlarla lirə məbləğində pul girişi və çıxışı olub.
Eyni zamanda İsmayıl Yüksək üçün xüsusi mərc kuponlarının intensiv şəkildə oynandığı və bu kuponların əksəriyyətinin qazandığı müəyyən edilib. Bu məlumatlar, futbolçuların qanunsuz mərc oyunlarında iştirak etdiyinə dair istintaq üçün əsas dəlil kimi qiymətləndirilib.
MASAK-ın araşdırmasına görə, “Qalatasaray”ın “Eyüpspor”dan transfer etdiyi Metexan Baltaçının 36 fərqli mərc kuponu oynadığı müəyyən edilib. Kuponların məbləği 5–1.800 TL arasında dəyişir və oyunçunun yalnız 5 kupondan 920 TL qazancı olub. Hesabata görə, məbləğ nisbətən aşağı olsa da, peşəkar futbolçu üçün etik və intizam baxımından araşdırma predmetidir.
Hüquq-mühafizə orqanları, futbolçuların bu qanunsuz maliyyə əməliyyatlarına görə həbs olunduğunu və istintaqın davam etdiyini açıqlayıb. Məqsəd, həm mərc şəbəkələrinin, həm də idmançılar arasındakı maliyyə əlaqələrinin tam şəkildə ortaya çıxarılmasıdır.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Türkiyədə mərc qalmaqalı böyüyür Növbə futbolçulara çatdı
01 Noyabr 2025 09:57
Türkiyədə Ərdoğan qalmaqalı böyüyür..?
12 Yanvar 2025 20:51
Türkiyədə mərc oyunları qalmaqalı 102 futbolçu...
13 Noyabr 2025 17:46
Türkiyədə mərc qalmaqalı ilə bağlı 102 futbolçu diskvalifikasiya edilib
13 Noyabr 2025 17:43
Türkiyədə üç şəhərin bələdiyyə sədri həbs olundu
04 Noyabr 2024 17:56
Baxış sayı:68
Bu xəbər 09 Dekabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















