Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Türkiyədə şagird hücumları: Psixoloqlar çağırış etdi Təhlükə

Türkiyədə şagird hücumları: Psixoloqlar çağırış etdi Təhlükə

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Aprelin 14-də Türkiyənin Şanlıurfa, 15-də isə Qəhrəmanmaraş şəhərində məktəbdə silahlı hücum baş verib. Qəhrəmanmaraşda 8-ci sinif şagirdi 10 nəfəri öldürüb, 20 nəfəri yaralayıb, daha sonra intihar edib. Şanlıurfada isə şagird 16 nəfəri yaraladıqdan sonra özünü öldürüb. Bundan əlavə, Zonquldağda məktəbə hücumla bağlı təhdid yayan lisey şagirdi saxlanılıb.

Türkiyədə baş verən bu hadisələr fonunda Azərbaycanda 2026-cı ilin fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verən hadisəni xatırlayırıq. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliminə xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, cinayət işi açılıb.

Sözügedən məsələ ilə bağlı Axar.az-a açıqlamasında psixoloq Gülnar Orucova bildirib ki, bir uşaq sakitdirsə, özünə qapanıqdırsa, öz aləminə çəkilibsə, bu uşaq artıq təhlükə mənbəyidir:

“Onun narahatçılığı, tramvası var. Biz bunu aydınlaşdırmaq əvəzinə ört basdır edirik. Məktəbdə problemli uşaqları, çətin tərbiyə olunan uşaqları yönləndirmə etməliyik. Bunu etmədiyimiz üçün də gələcəkdə bir sıra problemlər ortaya çıxır. Biz çalışmalıyıq ki, problemli uşaqlar olanda onları bildirək.

Övladımıza telefon alərkən ona nəzarət etmirik. Oyunlar oynayırlar, sonra o PUBG-lər hamısı reallaşır. Və bu gün biz uşağımıza telefon almaq üçün, oxutdurmaq üçün özümüzü oda-közə vururuq, günlərlə, saatlarla işləyirik. Daha uzun müddətli işlər götürürük ki, daha pulu çox olsun, övladımız üçün hər şeyi edək. Amma baxıb görürük ki, biz övladımıza telefon aldıqda övladımız özünə qapanır və aqressiv olur. Telefon uşağın nitqini də geridə qoyur, sosiallaşmağına mənfi təsir edir. Artıq əvvəlki kimi sosial olmur, ünsiyyətə girmir. Yuxusuzluq, narahatlıq, əsəbilik bunlar hamısı bunun üzərinə gəlir”.

Gülnar Orucova uşaqlara daha kiçik yaşlardan sevgi və diqqət verməyin zəruri olduğunu deyir:

“Telefon, planşet, paltar, restorana aparmaq, əyləncəyə aparmaq üçün özümüzü saatlarla işə məhkum etməli deyilik. Uşağımıza aşağı yaşlarda mərhəmət öyrətməliyik. “İtə daş at”, “pişiyə təpik vur” kimi cümlələr uşaq üçün zərərli ola bilər.

Əgər uşağımızda narahatlıq varsa, onu psixoloqa aparmalıyıq, müalicə etməliyik, səbəblərini araşdırmalıyıq”.

Türkiyəli psixoloq Ezgi Şahin terror aktlarının çoxalmasının səbəblərindən birinin məktəblərdə şagirdlərin psixoloji durumunun lazımi səviyyədə qiymətləndirilməməsi olduğunu vurğulayır:

“Əvvəllər buna bu qədər ehtiyac olmaya bilərdi, lakin indiki dövrdə artıq zəruri məsələyə çevrilib. Çünki hazırda 10 uşaqdan təxminən dördünün psixoloji və ailədaxili vəziyyəti qənaətbəxş deyil.

Artıq xarici ölkələrdə ailə psixoloqu institutu geniş şəkildə formalaşıb. Çünki psixoloji problemlər artdıqca, təkcə uşaqlar üçün deyil, böyüklər üçün də psixoloqa ehtiyac çoxalır. Ailə psixoloqunun olması vacibdir. Hər bir uşaq problem olub-olmamasından asılı olmayaraq, müayinəyə aparılmalı və psixoloji qiymətləndirmədən keçməlidir.

Müasir dövrdə hər uşaq fərdi şəkildə psixoloq dəstəyi almalıdır. Uşaqlarla ailə daxilində daha çox vaxt keçirilməli, onlarla söhbət edilməlidir. Ailələr övladları ilə kifayət qədər vaxt keçirmədikdə, uşaqların mənəvi ehtiyacları qarşılanmır. Uşaqların izlədiyi bütün film və videolar isə valideyn nəzarəti altında olmalıdır”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Aprel 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri