Türkiyədə saxlanılan keçmiş voleybolçunun ifadəsi ortaya çıxdı: İmamoğlu ilə bağlı nə deyib?
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyədə "İmamoğlu mənfəət məqsədli cinayətkar təşkilat" istintaqı çərçivəsində saxlanılan keçmiş milli voleybolçu Derya Çayırqanın prokurorluqda verdiyi ifadə ortaya çıxıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Derya Çayırqan Ekrem İmamoğlu ilə ilk dəfə pandemiya dövründə Taksimdə qarşılaşdığını, daha sonra İPA müəssisələrində görüşdüklərini, idman karyerası və İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) işləmək imkanlarını müzakirə etdiklərini bildirib.
O, şəhər transformasiyası səbəbindən ailəsi ilə birlikdə bir müddət İBB müəssisələrində qaldığını və MASAK hesabatlarında qeyd olunan pul əməliyyatlarının öz əmanətləri olduğunu, 50 000 avronun ev almaq məqsədilə hesabına yatırıldığını qeyd edib. O, "Kameroğlu İnşaat" şirkətinə edilən ödənişlərin də ev almaq çərçivəsində olduğunu iddia edib.
Çayırqan ev dustaqlığı və ölkə xaricinə çıxmaq qadağası tələbi ilə məhkəməyə göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 15 Yanvar 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















