Icma.az
close
up
RU
“Türkiyədə tibb təhsili bizimkindən üstündür” Həkimdən SƏRT AÇIQLAMA

“Türkiyədə tibb təhsili bizimkindən üstündür” Həkimdən SƏRT AÇIQLAMA

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Yenə məsələ gəlib dirənir milli tibb təhsilimizdə. Özümüzün təhsilimiz inkişaf etmədikcə belə olacaq. Heç kimi qınamaq olmaz" 

Azərbaycan Dövlət Tibb Universitetində təhsil haqqlarının azaldığı bildirilir. Ali təhsilin maliyyə baxımından daha əlçatan olması məqsədilə təhsil haqları 500 ilə 1500 manat arasında aşağı salınıb. Ən bahalı fakültə - Müalicə işi fakültəsində təhsil haqqı 6500 manatdan 5000-ə, Stomatologiya – 6000-dən 4500-ə, Əczaçılıq 5000-dən 4500-ə, Fizioterapiya, İctimai səhiyyə, tibb bacısı (qardaşı) müvafiq olaraq 5000-dən 4500-ə endirilib.

Universitetin rəsmi açıqlamasına görə, ödənişli plan yerlərinin tənzimlənməsi və qiymətlərin endirilməsi dövlətin sosialyönümlü siyasətinin bir hissəsidir. Həmçinin dövlət sifarişi əsasında (pulsuz) oxuyan tələbələrin hər biri üçün dövlət büdcəsindən universitetə ixtisasdan asılı olaraq 6000–8000 manat vəsait ödənilir. 

Həkim-pediatr Vaqif Qarayev isə hesab edir ki, yenilənmiş təhsil haqları da ailələr üçün böyük məbləğdir: 

- Kənardan baxanda bu rəqəmlər böyük görünür, amma yenilənmiş təhsil haqqı da bir çox ailələr üçün çoxdur. Məsələn, müalicə işi fakültəsində oxuyanlar 6 ilə 30 000 - otuz min man ödəməlidir. Digər xərcləri də bura əlavə etsək, orta statistik azərbaycanlı ailə üçün əlbəttə, çoxdur. Cəmi bir neçə bal əskikliyinə görə ödənişlə oxuyan xeyli tələbəmiz olub, yenə də olacaq. Onların əksəriyyəti savadlı uşaqlardı, bir çox hallarda ödənişsizlərdən yaxşı oxuyurlar. Təki bundan sonra diplomu götürüb xaricə qaçanların sayı azalsın. 

V.Qarayev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Türkiyədə tibb təhsili alanlara uzman, bizdə isə rezidenturanı bitirənlərə mütəxəssis deyirlər: 

- Uzman sözünə qısqanclıqla yanaşmaq düzgün deyil, çünki Türkiyədə tibbi təhsil bizimkindən üstündür, bunu danmaq olmaz. Amma bütün uzmanlar Hippokratdırmı? Yox. Bizim rezinturanı bitirənlərin hamısı kütdürmü? Yenə də yox. Sadəcə, bizim camaat kənarda təhsil alanlara üstünlük verir, bəzən haqlı olaraq. Sovet dövründə də Rusiyada təhsil alıb professor titulunu daşıyanlara Hippokrat kimi baxırdıq. Yenə məsələ gəlib dirənir milli tibb təhsilimizdə. Özümüzün təhsilimiz inkişaf etmədikcə belə olacaq. Heç kimi qınamaq olmaz. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Avqust 2026 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri