Türkiyədə tikiş sexində dəm qazı: 21 nəfər zəhərlənib
Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyədə tikiş sexində dəm qazı işçilərin həyatına çox böyük təhlükə yaradıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Ərzurumda baş verib.
Bildirildiyinə görə, tekstil sexində dəm qazından zəhərlənən 21 işçi xəstəxanalara yerləşdirilib: "Şəhər mərkəzindəki tekstil emalatxanasında axşam növbəsi işləyən 21 işçi başgicəllənmə və ürəkbulanma şikayətləri ilə Atatürk Universiteti Araşdırma Xəstəxanası və Ərzurum Şəhər Xəstəxanasının təcili xidmətlərinə müraciət edib. Təcili yardım otağında müayinə edilən və dəm qazından zəhərləndikləri müəyyən edilən tekstil işçilərinin həyati təhlükəsi olmasa da, onlar hər ehtimala palatalarda müşahidə altında saxlanılır..."
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 04 Dekabr 2024 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















