Türkiyədə Ukrayna nizamlanmasına dair danışıqlar Rusiyanın iştirakı olmadan keçiriləcək
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Moskva, 18 noyabr, AZƏRTAC
Rusiya nümayəndələri noyabrın 19-da Türkiyədə keçirilməsi planlaşdırılan Ukrayna ilə sülh danışıqları ilə bağlı danışıqlarda iştirak etməyəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya tərəfi Kiyevdən öz təşəbbüslərinə cavab almayıb, qarşı tərəf Moskva ilə birbaşa danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləməyib. O, Zelenskinin İstanbuldakı qarşıdan gələn təmaslarının Rusiyanın iştirakı olmadan baş tutacağını vurğulayıb.
Söhbət Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə tərəfi arasında təmaslardan gedir və yəqin ki, bu danışıqlara ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff da qoşulacaq.
Peskovun sözlərinə görə, Moskva Ukrayna tərəfindən hazırlanan və Volodimir Zelenskinin Türkiyədə təqdim etməyi planlaşdırdığı təkliflərin məzmunu ilə bağlı əlavə məlumat almayıb.
Rusiya Prezidentinin mətbuat katibi əlavə edib ki, Vladimir Putin görüşün nəticəsi barədə Moskvaya məlumat verilməsini zəruri hesab etdiyi təqdirdə Stiven Uitkoff və Türkiyə nümayəndələri ilə müzakirələrə açıqdır.
Qeyd edək ki, daha əvvəl “Reuters” agentliyi türk mənbəsinə istinadla ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun noyabrın 19-da Türkiyəyə səfər etmək və danışıqlarda iştirak etmək niyyətində olduğunu bildirmişdi.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 18 Noyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















