Türkiyədə xəstə nəfəs darlığı şikayəti ilə həkimə getdi: Sinəsindən çıxan üç kiloqramlıq kütlə təəccübləndirdi
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Sivas bölgəsində nəfəs darlığı və sinəağrısı ilə şikayəti ilə xəstəxanaya müraciət edən 55 yaşlı xəstənin döş qəfəsində təxminən 3 kiloqram ağırlığında nəhəng şiş aşkarlanıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Sivasın Gürün rayonunda yaşayan xəstə uzun müddət davam edən narahatlıqdan sonra xəstəxanaya baş vurub. Müayinələr nəticəsində onun sağ döş qəfəsi boşluğunda ağciyərlərinə və ürəyinə təzyiq edən böyük kütlə aşkarlanıb. Şişin həm tənəffüs, həm də ürək funksiyalarına mənfi təsir göstərdiyi müəyyən edilib.
Şiş türkiyəli həkim Mahmut Özbey və komandası tərəfindən əməliyyat yolu ilə çıxarılıb. Biopsiya zamanı bunun nadir soliter fibroz şiş olduğu məlum olub. Qeyd edilib ki, bu cür şişlər əsasən xoşxassəli olsalar da, belə böyük ölçüdə ciddi risklər yarada bilərlər.
"İlk dəfədir ki, bu böyüklükdə bir şiş çıxardıq. Təxminən 10 aya yaxındır ki, oxşar hallarla bağlı əməliyyatlar edirik", - deyə Mahmut Özbey qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 09 Oktyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















