Türkiyədə yük maşını iki avtomobilə çırpıldı 5 ölü, 6 yaralı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Türkiyənin Giresun şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Giresun limanı yaxınlığında, Qara dəniz Sahil Yolunda yük maşınının iki minik avtomobili ilə toqquşması nəticəsində 5 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
Məlumata görə, sürücüsünün kimliyi hələ açıqlanmayan yük maşını hərəkətdə olarkən iki minik avtomobili ilə toqquşub. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım briqadaları, polis və yanğınsöndürmə qrupları cəlb edilib.
Hadisə yerində aparılan ilkin araşdırma zamanı 5 nəfərin həyatını itirdiyi müəyyən olunub. Yaralanan 6 nəfər isə təcili yardım maşınları ilə şəhərdəki müxtəlif xəstəxanalara çatdırılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 23 May 2026 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















