Icma.az
close
up
RU
Türkiyədəki danışıqlarda Qərbin siyasi təzyiqi olmasaydı, Ukrayna ziyanın yarısı ndan qayıda bilərdi

Türkiyədəki danışıqlarda Qərbin siyasi təzyiqi olmasaydı, Ukrayna ziyanın yarısı ndan qayıda bilərdi

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanın işğal olunmasına və Ukraynada gedən proseslərə beynəlxalq aləmin münasibətini bir tərəziyə qoymaq olmaz. Çünki qısa bir zamanda Ukraynanı dəstəkləmək üçün 50 ölkədən koalisiya yaradıldı. Bütün NATO ölkələri Ukraynanı dəstəklədilər. Bu da təkcə mənəvi dəstək deyildi. Bu dəstəyə silah-sursat, 100 milyardlarla yardım, mütəxəssislər, muzdlular və sair. daxil idi”.

Bu barədə Bizimyol.info xəbər portalına ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Hərbi ekspert qeyd edib ki, Ukrayna təkbətək şəkildə Rusiya ilə üz-üzə qalsaydı, ona heç bir yardım olmasaydı Ukraynanın qısa bir zaman dilimində tamamilə işğala məruz qalması ehtimalı olduqca yüksək idi.

Şair Ramaldanov

“Bütün dünya demək olar ki, Rusiyanın işğalına qarşı Ukraynanın yanında oldu, Ukraynanı dəstəklədi. Hətta Zelenski bəzi yerlərə səfər edəndə onu ayaq üstə alqışlayırdılar. Ancaq nəticə nə oldu? Bu alqışlamaq, bu silah sursatla təmin etmək Ukraynanı işğaldan qorudumu? Və yaxud torpaqlarını itirməsindən qorudumu? Qorumadı. Bütün bu proseslər bəlkə də olmasaydı, Ukrayna torpaqların minimum itkisinə məruz qalardı. 2022-ci ildə Türkiyədə gedən sülh danışıqlarda Ukraynanı məcbur etdilər və imkan vermədilər ki, Ukrayna təqdim olunan şərtlərlə razılaşsın. Belə olsaydı, Ukrayna heç olmasa “ziyanın yarısından qayıda bilərdi”. Və bu gün bəlkə də Ukrayna bir dövlət kimi bundan daha yaxşı bir vəziyyətdə olardı. Amma imperialist yanaşma, Ukrayna və Ukrayna xalqını düşünmədən öz ambitsiyalarını həayata keçirmək üçün, Rusiya ilə Ukrayna ərazisini poliqon kimi istifadə edərək Ukraynanı qurban verdilər”-deyə Şair Ramaldanov bildirib.

“Bəzən liderlik xüsusiyyətlərindən və ya ölkəni idarə edən tarixi şəxsiyyətlərdən danışılır. Bu gün geosiyasi arenada düzgün mövqe tutmaq, düzgün qərar qəbul etmək və gələcəkdə riskləri minimum endirmək bacarığı, hər bir dövlət başçısına məxsus deyil. Ukrayna fonunda Ukraynanın tutduğu mövqe, Ukrayna ərazisinin poliqona çevrilməsi, birinci növbədə Ukraynanın rəhbərliyinin vəziyyəti düzgün qiymətləndirməmək və onlara verilən vədlər əsasında səhv qərarlar qəbul etməyin nəticəsidir.

Donald Tramp hakimiyyətə gələndə çox gözəl bu məsələni ifadə etdi və dedi ki, “Ukrayna bilirdi ki, Rusiya ilə bacara bilməz”. Yəni ABŞ prezidenti demək istəyir ki, Ukraynanı qurban verdilər. Ümumiyyətlə, tarixə qayıtsaq, üç respublika hədəflənmişdi. Biri Belarusiya idi, biri Qazaxıstan və digəri Ukrayna idi. Biz bilirik ki, Belarusiya və ya Qazaxıstandakı proseslər nə ilə nəticələndi. Yəni oradakı rəhbərlər vəziyyəti düzgün təhlil edərək uyğun qərarlara imza atdılar. Ukraynada isə ölkə rəhbərliyi həm Ukraynanı, həm də xalqını "imperializm iştahı"na qurban verdi. Nəticədə biz bugünkü müharibəni görürük, itkiləri görürük və Ukrayna xalqının faciəsini görürük. Bu faciədən sonra Ukrayna xalqına bəlkə də 10 illər lazım olacaq ki, bir az özünə gəlsin. Ancaq itkiləri heç kim qaytarmayacaq.

O ukraynalı qəhrəman oğulları, hansı ki, öz vətənləri uğrunda döyüşürdülər, canlarından keçiblər, onları heç kim qaytarmayacaq. Ona görə də ölkəyə rəhbərlik edən liderin liderlik xüsusiyyəti, proseslərdə düzgün qərar qəbul etməsi və idarəetmə sükanını düzgün idarə etməsi böyük məharət tələb edir.

Azərbaycan Respublika Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev apardığı siyasət nəticəsində döyüşləri idarə edərkən bütün riskləri minimuma endirərək bu müharibəni və yaxud əks-hücum əməliyyatını sərkərdə məharəti ilə qələbəyə gətirib çıxardı. Və sonra da gedən proseslərdə yenə də öz mövqeyini möhkəmləndirmək bacarığını cənab Prezident bütün dünyaya bir daha göstərdi. Belə tarixi liderlər həmişə xalqın məhəbbətini və dəstəyini qazanır. Xalq bir yumruq kimi bu liderin ətrafında birləşir.

Azərbaycan xalqı bütün bəşəriyyətə göstərdi ki, biz məhz bu xalqıq və bizim elə bir liderimiz var ki, onun ətrafında bir yumruq kimi birləşərək düşməni qısaca bir zamanda darmadağın edərək öz ərazi bütövlüyümüzü bərpa etməyə qadir bir xalqıq. Biz bunu Ukrayna xalqına da arzulayırıq. Biz arzulayırıq ki, Ukrayna da bu proseslərdən qurtulsun və artıq sülh dövrünə dönərək öz gələcəyini inkişaf etdirsin. Azərbaycan dövləti bütün dünyaya bu gün öz sülhsevərliyi ilə və sülhə köklənməsi ilə bir nümunə ola bilər. Bu səbəbdən də, öz resurslarından və nüfuzundan istifadə edərək hansısa görüşlərin, müəyyən siyasi proseslərin Azərbaycanda keçirilməsinə ev sahibliyi edib.

Dəfələrlə NATO və Rusiya Qərargah rəisləri Azərbaycanda Bakıda görüşüb. Azərbaycan həmişə müəyyən bir barışdırıcı körpü rolunu oynayıb və tərəfləri barışdırmağa çalışıb. Yeni tarixdə cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə biz çoxsaylı belə faktları misal gətirə bilərik. “Azərbaycan Ukraynadan faydalana bilər” fikrini kim önə sürürsə, onun ya hərbdən, ya reallıqdan, ya siyasətdən, ya ümumiyyətlə səbəb və səbəbkarlardan xəbəri yoxdur”-deyə hərbi ekspert vurğulayıb.

“Azərbaycandan bütün haqqı tapdalanan ölkələr, xalqlar nümunə götürürlər. Azərbaycan xalqını bir nümunəvi xalq kimi göstərirlər.

Azərbaycan xalqının bunu nümayiş etdirməyə ehtiyac yoxdur. Azərbaycanın öz tarixi var, Azərbaycanın öz dövlət liderləri var, Azərbaycan öz gələcəyini qurur. Azərbaycan bütün atdığı addımlarla, ətraf ölkələrə, bütün bəşəriyyətə, sülhə köklənmiş, əmin- amanlığa istiqamətləndirilmiş və öz mövqelərini qoruya bilən bir xalq kimi, bir dövlət kimi öz tarixində öz səhifələrini yazaraq inkişaf edir”-deyə Şair Ramaldanov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:24
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Sentyabr 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see189

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see156

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see155

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see153

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see148

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see137

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see134

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see134

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see132

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see130

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri