Icma.az
close
up
RU
Türkiyədəki faciə ilə bağlı ŞOK EDƏN DETAL RƏSMİ

Türkiyədəki faciə ilə bağlı ŞOK EDƏN DETAL RƏSMİ

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Türkiyənin Bolu şəhərində Kartalkaya xizək mərkəzində hoteldə baş verən yanğında həyatını itirənlərin sayı 66-ya yüksəlib. Soyutma işlərinin davam etdiyi yanğında 51 yaralı var, onlardan birinin vəziyyəti ağırdır.

Turkustan.az xəbər verir ki, ölkənin daxili işlər naziri Ali Yerlikaya yanğının bütün detallarının məhkəmə və inzibati qaydada araşdırılacağını bildirib.

Türkiyə DİN başçısı yanğınla bağlı aşağıdakı məlumatları verib:

- İlk xəbər saat 03.27-də alınıb, qruplar 04.15-də müdaxilə etməyə başlayıb.

- AFAD, jandarma, 112 təcili tibbi yardım, UMKE, xilasetmə və digər bölmələrdən ümumilikdə 156 avtomobil və 428 personal müdaxilə edib.

- Yanğın zamanı hoteldə 238 nəfər qeydiyyatdan keçmiş qonaq olub.

"Hər hansı bir səhv və ya səhlənkarlıq həm məhkəmə, həm də inzibati yollarla həll ediləcək" - deyən Yerlikaya hotelin lisenziyası və digər proseslərin ətraflı şəkildə araşdırılacağını vurğulayıb.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy isə hotelin 2021-2024-cü illər arasında aparılan yoxlamalarından keçdiyini bildirib və aşağıdakı məlumatları açıqlayıb:

- Yanğın təhlükəsizliyi sertifikatı: Yanğınsöndürmə briqadası tərəfindən müntəzəm olaraq verilib.

- Yanğın nərdivanı: Hoteldə cəmi iki yanğın nərdivanı var.

Nazir Ersoy istintaq prosesinin davam etdiyini və yoxlama prosesləri zamanı yanğınsöndürmə briqadasından onlara heç bir mənfi hadisənin üz vermədiyini bildirib.

Bolu Respublika Prokurorluğu yanğınla əlaqədar məhkəmə istintaq başladıb. Türkiyə Daxili İşlər Nazirliyi iki baş müfəttiş təyin edib və hadisənin hərtərəfli araşdırılacağını bildirib. Bundan başqa, əmək və sosial müdafiə naziri Vedat Işıkhan hadisəni yoxlamaq üçün 4 baş müfəttişin təyin edildiyini açıqlayıb.

Ədliyyə naziri Yılmaz Tunç isə Boluda baş verən yanğınla bağlı verdiyi açıqlamada hotel sahibi də daxil olmaqla 4 nəfərin saxlandığını bildirib. /musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Yanvar 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri